"Dedi ki, barışmasanız efirdə sizi biabır edəcəm"
"Elə bir tərbiyə ilə böyüməmişik ki, bağışlanmayacaq bir səhv edək. Sadəcə olaraq yüngül bir inciklik idi. Bu isə qardaşlar arasında belə ola bilir. Biz isə buna son qoyduq".
Open.az xəbər verir ki, bu sözləri uzun müddətdir küsülü olduğu Əməkdar artist Abbas Bağırovla bağlı müğənni Zamiq Hüseynov deyib.
Sənətçi onları barışdıran şəxsin Xalq artisti Röya Ayxan olduğunu söyləyib:
"Röya dedi ki, mən artıq iki dostumun arasındakı bu incikliyi qəbul edə bilmirəm. Barışmasanız, efirdə sizi biabır edəcəm (gülür - red.) Biz Abbasla 13 yaşından dostuq. İnsan arada inciklik olanda dönüb geriyə baxır və hər şeyi o illərə qurban edir. Bu gün sənət yoldaşıyıq. İnsan böyüdükcə anlayır ki, hərənin öz yolu var, öz azarkeşi var. Bir-birimizə ziyanımız dəyə bilməz. Tədbirlərdə, toylarda görüşürdük, bir-birimizi təqdim edirdik, heç kim heç nə hiss etmirdi. Küsülülüyü ancaq ailə, dost-tanış və bir neçə sənət yoldaşımız bilirdi".
Qeyd edək ki, Abbasla Zamiq illərdir danışmır, eyni məkanda yer alanda bir-birini görməməzlikdən gəlir. Onların küsülülüyünə səbəb isə Zamiqin diqqətsizliyi olub. Bağırov bildirib ki, həmkarı məkanlardan birində ona "salam" verməyib. /open.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür