"Dedilər "yaxşıya doğru gedir", axırda uşağımızın meyitin verdilər" - Ölən uşağın əmisi - VİDEO
Xəbər verdiyimiz kimi, Şabran rayonunda 7 yaşlı Gülnur Dadaşovaya antibiotik iynə vurulduqdan sonra dünyasını dəyişib.
Xanim.az xəbər verir ki, qafqazinfo-nun əməkdaşı uşağın ailə üzvləri ilə görüşüb.
G.Dadaşovanın əmisi Elman Dadaşov bildirib ki, uşağın boğazı ağrıyıb və qızdırmalı olub. Buna görə həkimə aparılıb:
"Uşaq həkimi İradə Həmidova tərəfindən antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb və koma vəziyyətinə düşüb. Ağzından köp gəlib, ciyəri partlayıb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bir gün yalvardıq ki, ya həkim gətirin, ya da verin bizə. Heç nə etmədilər. Elə dedilər "yaxşıya doğru gedir". Axırda uşağımızın meyitini verdilər".
Qeyd edək ki, xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasından Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülüb. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Tez-tez istehlak edirik amma çox təhlükəlidir - Xəbərdarlıq
Meqan Marklın atası özündən 35 yaş balaca xanımla sevgilidir - FOTO
Məşhur müğənni qumarxana çıxışında GÜLLƏLƏNDİ
Aynur Dadaşovanın qızının toyu baş tutmayacaq - Səbəb
Gülşən və Reynmen duet oxuyacaq
Məşhur müğənni əməliyyat olundu