Dəfnə yarpağının İNANILMAZ FAYDASI: oynaq ağrıları, miqren, öskürək, artıq çəki və...

Dəfnə yarpağının İNANILMAZ FAYDASI: oynaq ağrıları, miqren, öskürək, artıq çəki və...Dəfnə yarpaqlarını müxtəlif xəstəliklərin müalicəsində uğurla tətbiq edirlər.
Milli.Az xəbər verir ki, onu sistit, ayaq əzələlərinin qıcolmaları, baş ağrıları və miqren, oynaqlarda və beldə ağrıları, stress, dəri xəstəlikləri, o cümlədən iltihab, əzələ ağrıları, sidik borusunun iltihabı, qarın köpü, qaz, yuxuda xorultu və apne, qulaq xəstəliklərinin müalicəsində istifadə edə bilərsiniz.
Məlumdur ki, bu bitkinin yarpaqları qaraciyərin və həzm orqanlarının işinin yaxşılaşdırılması üçün də təbii vasitədir. Həmçinin bəlğəmgətirici xassələri sayəsində tənəffüs yollarının təmizlənməsi, bronxit və öskürək üçün ideal vasitədir. Bundan başqa, dəfnə yarpaqları qan dövranını yaxşılaşdırır, sidikqovucu, antirevmatizm və antivirus vasitə sayılır.
Dəfnə yarpağı ilə müalicə üsulu belə tətbiq edilir:
Aromaterapiya: Dəfnə yarpaqlarının dərin və intensiv qoxusunu havanın təmizlənməsi və həşaratları yox etmək üçün evdə istifadə etmək olar.
Bu bitki beyni sakitləşdirir, narahatlıq, depressiya və qorxu kimi mürəkkəb emosiyaları aradan qaldırmağa kömək edir.
Bundan əlavə, dəfnə yarpaqlarının yağı qan dövranını artırmağa kömək edir və orqanizmi enerji ilə təmin edir. Bu yağı limfatik axının stimullaşdırılmasında da tətbiq etmək olar. Sinir və əzələ müalicəsində də bu yağdan geniş tətbiq edilir.
Xorultu ilə mübarizə aparmaq üçün yatmazdan əvvəl sinənizə bir neçə damcı dəfnə yağı çəkin. O, rahatlaşdıran xüsusiyyətlərə malikdir, uşaqlarda panik-atak və qorxu ilə mübarizə aparmağa kömək edir.
Dəfnə yağının hazırlaması
İnqrediyentlər:
200 ml badam, zeytun və ya günəbaxan yağı
25 qram quru dəfnə yarpaqları
Hazırlanması:
Yarpaqları və yağı bankaya tökün. Yarpaqların tamamilə yağla örtülməsi vacibdir. Bankanı sərin, quru və qaranlıq yerdə bir ay saxlayın və onu vaxtaşırı çalxalamağa çalışın. Bir müddətdən sonra yağ tətbiq üçün hazırdır.
Dəfnə çayı da müalicəvi gücə malikdir. Məsələn, 3 dəfnə yarpağını 1 litr qaynar suda dəmləyin və 15 dəqiqə gözləyin. Yarpaqları süzüb için. 15 gün ərzində gündə 2-3 fincandan artıq istifadə etmək məsləhət görülmür.
Qeyd: Bu çaydan çox miqdarda istifadə yuxu və ya mədə qıcıqlanması yarada bilər. Hamilə və ya süd verən qadınlara da çay dəfnə yağı və çayı istifadə etmək olmaz. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 3280   Tarix: 26 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

toy gecesi kosmetik vasiteler gelinlikler geyimler cavanlaşdırıcı maskalar sağlamlıq haqqında hamilelikde qidalanma kosmetika baldıza aid hakışta narin faydasi opusme vetene aid atalar sozleri oğlan evine aid hakisda