DƏHŞƏT! Bakıda iki uşaq anasını "kislota" ilə yandırdılar: sifarişi ...

DƏHŞƏT! Bakıda iki uşaq anasını "kislota" ilə yandırdılar: sifarişi ...İki uşaq anasının üzünə "kislota" atan şəxs və cinayətin sifarişçisinin məhləməsi olub. Sifarişi verən şəxs qadının keçmiş əridir.

Dəhşətli cinayət əməlini törədən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Xanim.az musavat.com-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nuranə Hüseynova da iştirak edib. Bir gözü tamamilə kor olan N.Hüseynova məhkəmədə ifadə verib.

Hadisə Pirallahı rayonunda baş verib. Sifarişçi N.Hüseynovanın keçmiş əri 1987-ci il təvəllüdlü Hüseynov Tural Cəmşid oğludur. Qadının üzünə "kislota" atan isə 1981-ci il təvəllüdlü Kərimov Vüqar Eldar oğludur.

Turalla Vüqar tanış olublar. İttiham aktımda yazılır ki, Tural hadisənin sifarişini Vüqara verib. Qarşılığında isə Vüqara 2 dönər və 1 araq alacaqmış.

Zərərçəkmiş Nuranə Hüseynova məhkəmədə ifadə verərək başına gələnləri danışıb.

O, keçmiş ərinin bir ilə yaxındır onu izlədiyini, təhdid etdiyini deyib.

Hadisənin baş vermə səbəbi isə Nuranənin keçmiş ərinin barışıq tələbinə rədd cavabı verməsi olub:

"Dedi ki, "mənimlə barışacaqsan". Biz rəsmi boşanmışıq. Məhkəmə müddətini də bilərəkdən uzadırdı. Mən də dedim ki, barışmayacam. Son bir il ərzində məni həmişə hədələyib, təhdid edib".

N.Hüseynova ona ağır xəsarət yetirən Vüqar Kərimovu tsnımadığını deyib: "Üzümə kislota tökən şəxsi tanımıram. Tural zəng edib dedi ki, məhəllədəki mağazadan pulu götürüm. Alimenti mağazaya verirdi. Dedim ki, artıq mağaza bağlıdır. Dedi, mağazanın sahibi səni maşında gözləyir. Elə çatan kimi bu hadisə baş verdi. Heçnə görə bilmədim".

Hakimin və prokurorun suallarını cavablandıran N.Hüseynova qeyd edib ki, boşandıqdan sonra Tural Hüseynov onu dəfələrlə döyüb və hədələyib: "Neçə dəfə alimenti ödəyə bilməyib. İcraçılar da onu sıxırdı. Həbs edilməsin deyə şikayəti geri götürmüşəm. Məni hədələməsi, döyməsi ilə bağlı polisə də müraciət etmişəm. Sonra gəlib yalvarıb, bağışlamışam".

Səhhəti ilə bağlı danışan Nuranə Hüseynova deyib ki, indi sol gözü tamamilə görmür: "Gözüm görmür. Başımı yuxarı qaldıra bilmirəm. Bir neçə dəfə əməliyyat olunmuşam".

Keçmiş ərindən və üzünə "kislota" atan şəxsdən şikayətçi olduğunu deyən N.Hüseynova tələbini də açıqlayıb: "Mənim üzümü əvvəlki vəziyyətinə qaytarsınlar. Əməliyyat, müalicə xərclərimi qarşılasınlar. Vüqarın anasıgil bir neçə dəfə maddi kömək göstərib. Amma hər iki şəxsin ağır cəza almasını istəyirəm".

Bu zaman məhkəmə zalında olan Tural Hüseynovun yaxınları deyiblər ki, onlar da Nuranənin əməliyyatına və müalicəsinə maddi kömək ediblər.

Hadisə ötən ilin mart ayında baş verin. Hər iki şəxs isə iyun ayının əvvəlində saxlanıblar.

Arvadına qarşı cinayəti sifariş verəm T.Hüseynov ilk olaraq özünü elə aparın ki, guya hadisənin baş vermə səbəbindən xəbərsizdir. Hətta xəstəxanaya gedərək keçmiş arvadına baş da çəlib. Ancaü poljs əməkdaşlarının keçirdikləri əməliyyatdan sonra T.Hüseynov saxlanılıb.

İttiham aktında qeyd edilir ki, T.Hüseynov etiraf edib ki, cinayəti qısqanclığa görə sifariş verib.

O deyib ki, elə etmək istəyib ki, keçmiş arvadına heç bir kişi yaxın gəlməsin.

"Mənim deyilsə, heç kimin olmayacaq"- deyə Tural Hüseynov ifadəsində deyib.

Növbəti məhkəmə prosesi fevralın 28-nə təyin edilib.

Qeyd edək ki, Tural Hüseynov və Vüqar Kərimov Cinayət Məcəlləsinin 126.2.3 maddəsi (xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) ilə təqsirli bilinirlər.

Xəbərlər     Baxılıb: 1476   Tarix: 21 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ağırlıq qaldıranlar daha uzunömürlü olur

Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır.  xəbər verir ki, həftədə 90 dəqiqədən iki saat

.

Nə velosiped, nə də yürüş: Ürəyi gənc saxlamağın yolu evdə imiş

Yaş artdıqca bədən sağlığını qorumaq naminə ağır olmayan fiziki fəaliyyətlərə üstünlük verilməsi halları çoxalır. Uzun illər boyu mütəxəssislər tərəfindən yaşlı nəsil üçün sürətli yeriş və ya velosipedlər ilk sırada tövsiy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ev heyvanı ilə yatanların nəzərinə

Pişik və ya itlə eyni yataqda yatmaq sağlamlıq və yuxu keyfiyyəti baxımından müəyyən risklər yarada bilər. xəbər verir ki, araşdırmalara görə, Niderlandın Utrext Universitetində aparılan tədqiqat ən böyük təhlükənin mikrobla

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

.

Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

Sintioqrafiya (digər adı ilə qamma-skanlama) bədənin daxili orqanlarının və toxumalarının təsvirini yaradan diaqnostik nüvə təbabəti üsuludur. Bu metod hədəf orqana çatdırılan və xüsusi kamera tərəfindən qeydə alınan, qamm

.

Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər

.

Yaşıl çay sevənlərə ŞAD XƏBƏR

Yaşıl çayın müntəzəm istehlakı sağlamlıq üçün faydalıdır. xəbər verir ki, dietoloqların fikrincə, yaşıl çay tərkibindəki kofein qəfil enerji artımı yaratmadan gümrahlığı və diqqəti artırır. Mütəxəssislər bildirirlər ki, antioksidantlarl

.

Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?

Ağciyərlərdə ilk müsbət dəyişikliklər siqareti tərgitdikdən iki həftədən üç aya qədər olan müddətdə müşahidə olunur. Milli. -a istinadən xəbər verir ki, bu barədə Rusiyanın TASS informasiya agentliyinə həkim Marina Makarov

turlar.az

gözəllik məhsulları maskalar qis geyimləri 2026 uşaq yeməyi qısa saç düzümləri hind geyimləri orqazm kosmetika hekaye janri sac duzumleri aslan haxisdalar novruz bayramina aid hakista