Dəhşət! Bu qadınlar aylarla seks köləsi edildi!

Dəhşət! Bu qadınlar aylarla seks köləsi edildi!İraq doğulan olan lakin hələ uşaqkən bölgədən qaçmaq məcburiyyətində qalan kürd foto-müxbir Seivan Salim İŞİD-in qadınların həyatına gətirdiyi bədbəxtliyi, onları necə alçaltmaqlarını çəkdiyi fotolar vasitəsilə dünya ictimaiyyətinə çatdırmaq niyyətindədir.

O, İŞİD terroristlərinin əsiri olmuş qadınlarla görüşüb, onların həyat hekayələrini dinləyib və yazıya alıb.

Onun görüşdüyü qadınlardan birinin adı Syhandır. O, əsarət zamanı hamilə qalmış və 8 aylıq hamiləykən İŞİD yaraqlılarının əlindən qaça bilib. Uşaq doğulana qədər təxminən iki ay ərzində Türkiyədə qalıb. Daha sonra Şimali İraqa geri dönüb, ancaq körpəsini yanında gətirə bilməyib. Uşağının harada olduğunu isə bilmir.

"Məni 14 qızla birlikdə bir kamaza mindirdilər və Mosula apardılar. Mosulda çox qalmadıq. Bizi kiçik bir kəndə apardılar, burada 15 gün qaldıq. Şərtlər qorxunc idi. Bizi çirkli bir otağa saldılar, hamımız xəstələndik. Sonra bizi Suriyadakı Rakkaya apardılar. Bizi satacaqlarını söylədilər, bəzilərimizi kölə olaraq, bəzilərimizi da döyüşçülərə yoldaş olaraq. Hava dözülməz dərəcədə isti idi. Pəncərələri olmayan havasız bir evdə 150-yə qədər istilik var idi. Bir axşamçağı evə 20 adam gəldi və bizi döyməyə başladılar. Bizə artıq onların kölələri olduğumuzu, sözlərini dinləməmiz lazım olduğunu və nə desələr desinlər edəcəyimizi söylədilər. Bizi cəzalandıracaqlarını, amma əsla öldürməyəcəklərini söylədilər".

"Qadınları digərlərindən ayırdılar və bizi bir məktəbə gətirdilər. Burada iki ay qaldıq. Daha sonra bizi fərqli yerlərə apardılar. Hara olduğundan əmin deyiləm. Sonra nəhayət Suriyadakı Rakkaya gəldik. 12 gün sonra məni suriyalı bir ailəyə verdilər.

Hamilə idim və bir də uşağım var idi. Bizə qarşı çox qəddar davrandılar. Hamilə olmağıma baxmayaraq məni döydülər və cinsi əlaqəyə girməyə çalışdılar. Ailənin kişiləriylə cinsi əlaqəyə girməyi qəbul etməsəm belə necə olsa məni buna zorlayacaqdılar. Mənə dəfələrlə təcavüz etdilər. Sonra təkrar satıldım; bu dəfə Səudiyyə Ərəbistanından bir ailəyə. Mənimlə birlikdə olan kişi uşaqlardan birini cihadçı olaraq böyütmək üzrə alıb apardılar. Onu bir daha heç görmədim. Daha sonra başqa bir şəhərə getdim və burada uşağımı dünyaya gətirdim. Yeni doğum etmiş olmağıma baxmayaraq burada da təcavüzə məruz qaldım ".

"Tel Aferdə ikən İŞİD döyüşçülərindən biri onlarla getməyimi istədi. Mənə "Əgər bizimlə gəlməsən iki qardaşının da başını kəsəcəyik" dedilər. Mən də bir adamla birlikdə Mosula getdim. Ailəsinin yanında kölə olaraq işlədim. Zorla İslamı qəbul etdirdilər. Bir həyat yoldaşı və ailəsi olmasına baxmayaraq mütəmadi olaraq mənə təcavüz etdi. Ailəmin beş üzvü hələ də İŞİD-in əlindədir; harada olduqlarını və ya həyatda olub- olmadıqlarını bilmirəm. "

"İŞİD kəndimizə gələndə saat səhər 11 idi. Nahar yeməyini hazırlayırdıq. Evimizə girdilər, bizi tutdular və məktəb binasına apardılar. Kişiləri, qadınları və gənc qızları ayırdılar. Kişilərə nə olacağı haqqında bir fikrimiz yox idi. Hamısını öldürəcəklərini bilmirdik.

Digər qızlarla birlikdə Tel Aferə aparıldıq. İŞİD xadimləri evə gəlirlər, xoşlarına gələn bir qızı seçirlər və onu götürüb gedirdilər. "

"Mosulda ikən Sincar dağına qaçmağa çalışdım. Kiçik, boş bir ev tapdım. Oturdum və gözlədim. Ancaq məni tapdılar. Adamlardan biri "Niyə qaçdın? Səni öldürəcəyimizdən qorxdun? " deyə soruşdular. Ölməyi seçim edəcəyimi söylədim. Məni əsir tutan adamın evinə geri götürdülər. Məni bir otağa apardı, qapını bağladı və qamçılamağa başladı. Sonra mənə bir kabellə vurmağa başladı. Daha da sonra ayaqlarımdan tavandakı çilçıraqdan asdı və təkrar vurmağa başladı. Mənə cəzamın üç gün davam edəcəyini və bu müddət içində heç bir şey yeməyib içməyəcəyimi söylədi. Bir daha qaçsam məni iki avtomobilə bağlayıb ikiyə böləcəyini söylədi. Üç gün sonra məni otaqdan çıxardı. "

Xəbərlər     Baxılıb: 5101   Tarix: 19 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Ödem atan bitki çayları hansılardır?

Gündəlik həyatda üz, əl, ayaq və ya qarın nahiyəsində yaranan şişkinlik hissi çox vaxt bədəndə artıq mayenin toplanması, yəni ödem ilə bağlı olur. Həddindən artıq duz istehlakı, az su içmək, hərəkətsizlik və stres bu vəziyyət

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

turlar.az

adlarin menasi kosmetika mehsullari gozel gorunmek yataqda röya ayxan qripdə nə etməli buga burcu 2026 kosmetika cantalar dieta intim munasibetler pizza kley lekesi