"Delta"dan 15 dəfə TƏHLÜKƏLİ: "Omikron" dünyanı TƏHDİD EDİR

Dünya Səhiyyə Təşkialtı (DST) koronavirusun yeni ştammını ən ciddi kateqoriyaya - "narahatlıq doğuran variant" kateqoriyasına daxil edib və ona Yunan əlifbasının 15-ci hərfi ilə Omikron (O) adı verib. DST bildirib ki, əvvəllər B.1.1.529 variantı kimi tanınan ştamm ilk dəfə Cənubi Afrikada aşkar olunub və "bəziləri ciddi narahatlıq doğuran çoxsaylı mutasiyalara malikdir".
İlkin əlamətlər koronavirusun bu variantının digərləri ilə müqayisədə təkrar yoluxma ehtimalının böyük olduğunu göstərir: "Bu variant infeksiyanın bundan əvvəlki partlayışları ilə müqayisədə daha sürətli əmsalla aşkar olunub və buna görə də yayılma üstünlüyünə malik olduğu düşünülür".
Avropada Omikrona ilk yoluxma artıq Belçikada qeydə alınıb. Belçikada bu variant xaricdən gələn vaksinsiz şəxsdə tapılıb. B.1.1.529 variantı hələ ki, nisbətən aşağı yoluxma göstəriciləri ilə Cənubi Afrika Respublikasında, Botsvana, Honq Konq və İsraildə aşkar olunub. Amma Honq-Konqda bu virusun daşıyıcısı kimi aşkar edilmiş şəxs tam peyvənd olunmuşdu.
Narahatlıqla bağlı Avropa İttifaqı və bir sıra ölkələr, o cümlədən Britaniya Cənubi Afrika və Afrikanın başqa beş ölkəsindən - Namibiya, Lesoto, Botsvana, Esvatini və Zimbabvedən gələn bütün reysləri bazar günü səhər saat 4-dək dayandırıb. Bundan sonra ölkəyə gələn Britaniya vətəndaşları hökumətin ayrıdığı otellərdə 10 gün müddətində karantində qalacaqlar, bu ölkələrdən gələn qeyri-vətəndaşlar isə Britaniyaya ümumiyyətlə buraxılmayacaqlar.
Britaniyanın səhiyyə naziri Sacid Cavid deyib ki, Cənubi Afrikada son iki həftədə yoluxmalar həndəsi silsilə ilə, dördqat artır. Hərçənd bu artımın yeni variantın hesabına olduğunu indidən demək çətindir. Son həftələrdə Cənubi Afrikada günə 200-dən çox yoluxma qeydə alınıb və yoluxanların sayı 2 465-ə çatıb. Bu da qeyd olunur ki, yeni variantda Alfa, Beta və Delta ştamlarının əlamətləri var, lakin onun daha ağır xəstəlik yaradıb-yaratmadığı hələ məlum deyil.
"The Independent" yazır ki, Afrikanın cənubunda yeni yoluxmaların 90 faizini "Omikron"un təşkil etdiyinə dair ehtimallar var, bu isə onun "Delta" variantından daha yoluxucu ola bilməsi deməkdir. Narahatlıq yaradan "Omikron"un təkcə sürətlə yayılması yox, həm də onun genetik quruluşudur. Alimlər virusun bu variantının "misilsiz" və "çox qeyri-adi" olduğunu deyirlər.Ştamm çox sayda mutasiyalara malikdir və bunların çoxu onu daha yoluxucu edən tac çıxıntılarındakı zülallardadır.
Müqayisə üçün bildirilir ki, indi dünyada tüğyan edən "Delta" variantının tac çıxıntısında 2 mutasiya varsa, yeni variantda onların sayı 30-dur. Alimlər nəzəri olaraq deyirlər ki, bu variant çox güman ilk dəfə immun sistemi işləməyən şəxsdə mutasiya edib. İmmun sistemi işləməyənlərdə virus orqanizmdən çıxmır və orada qalaraq yeni mutasiyalar edir. Mutasiyalarının çoxsaylı olması mövcud vaksinlərin bu varianta qarşı nə dərəcədə effektiv olacağından narahatlıq yaradır.
Lakin yaxşı xəbər budur ki, indi dünya alimləri koronavirusun yeni həmlələrinə daha hazırlıqlıdırlar.ABŞ-ın "Novavax" əczaçılıq şirkəti noyabrın 26-da artıq yeni varianta qarşı vaksinin hazırlanmasına başladığını bildirib. Əslində söhbət artıq mövcud vaksinin yeni varianta uyğun "redaktə" olunmasından gedir. Şirkət bildirib ki, vaksinin sınağına artıq bir neçə həftəyə başlanacaq.
"Novavax" şirkətinin COVID-19 vaksininə virusun, bu halda "Omikron"un tac çıxıntısı zülalının "diri" variantı daxil edilib. Belə vaksinlər insanda xəstəlik yaratmasa da, immun sistemini işə salır. Sınaqlarına hələ başlanmasa da İndoneziya və Filippin artıq ondan təcili istifadəyə icazə veriblər. Almaniyanın BioNTech, habelə Johnson & Johnson şirkətləri də bu ştamma qarşı vaksinin hazırlanmasına başladıqlarını bildiriblər. Onların vaksinlərinin 100 gün müddətində istehsal olunacağı gözlənilir.
Hələlik isə əksər Avropa ölkələri "Omikron"un ilk dəfə qeydə alındığı Afrika ölkələrinə aviareysləri dayandırırlar. Mütəxəssislər ehtimal edirlər ki, koronavirusun yeni ştammı beynəlxalq aviaəlaqələrə ciddi zərbə vuracaq və reyslərin 90 faizi ləğv ediləcək. (virtualaz.org) /publika.az

Sağlamlıq     Baxılıb: 1865   Tarix: 27 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

sac duzumleri toy makiyaji sekilleri geyim seçimi aliment öhdəlikləri hamileliyin ilk elameti pul kisəsi hicab ortukleri kosmetika gülməli hakıştalar qaynana tapmacalar salam qiz burcu