Depressiya

DepressiyaDepressiya qəfil yaransa da, özbaşına yoxa çıxmır. Əgər müalicə olunmasa, pozğunluq daha ağır formaya keçə bilər, ağır nəticələr, hətta sui-qəsd ilə nəticələnə bilər.
Bir fikrə görə, çarəsizlik, yəni depressiya ciddi xəstəlik sayılır. Bir çoxları həkimə müraciət etməkdən çəkinir. Amma depressiv, yəni çarəsiz vəziyyətə ciddi yanaşmaq lazımdır.
Depressiya ciddi psixoloji problemdir, normal müalicə olunmalıdır. Müasir depresiyadan müalicə üsulları artıq innovasiya sayılmır. Həkimlər pasiyentin vəziyyətindən, yaşından və həyat tərzindən asılı olaraq effektiv müalicə üsulları seçirlər. Müalicəyə düzgün yanaşılsa, xəstəlik birdəfəlik olaraq yoxa çıxır.
Bir sıra hallarda isə depressiyanı sadəcə pis kef-əhval kimi qəbul edirlər. Bu halda isə ən dəhşətlisi odur ki, kömək üçün həkimə müraciət etmirlər, özlərini müalicə etməyə çalışırlar, ağır fəsadlara səbəb olurlar.
Depressiya psixi pozğunluqdur, həyata marağın itməsi, bitmək-tükənmək kimi vəziyyətlə xarakterizə edilir. Əgər 10-14 gün ərzində insanda adi fəaliyyətə, hətta məişət həyatına da sönüklük müşahidə edilirsə, bu, artıq depressiya əlamətidir.  Bu zaman insanlarda bir sıra simptomlar üzə çıxır: iştahsızlıq, həyəcan, narahatçılıq, yuxusuzluq, gücsüzlük, fikrini toplaya bilməmək, günah hissi və natamamlıq duyğusu, özünə sui-qəsd fikrinin yaranması.
Depressiya yaşından və işindən asılı olmayaraq istənilən insanda yarana bilər. Pasientlər arasında daha çox yeniyetmə, gənc ana, idmançı və uğurlu ictimai fiqurlara rast gəlinir. Bu kateqoriya insanlar daha çox vəziyyətləri ağırlaşanda kömək üçün müraciət edirlər. Bu zaman isə effektiv müalicə və problemi həll etmək kifayət qədər çətin olur.
Bir çoxları elə düşünür ki, depressiya ilə mübarizə aparmaq asandır, bunu sadəcə istəmək lazımdır. Əslində isə belə deyil. Sadəcə peşəkar həkim uyğun müalicə üsullarını seçə bilər. Bu zaman isə həkimin məsləhətlərinə ciddi yanaşmaq, dərmanları vaxtlı-vaxtında, uyğun dozada qəbul etmək lazımdır.
Depressiyanın səbəbləri:
-Bəzi dərmanların əks-təsiri;
-Spirtli içki və narkotik maddələrdən asılılıq;
-Qalxanabənzər vəzin problemləri;
-Hormonal pozğunluq;
-Vitamin və mineral çatışmazlığı;
-İnsult;
-Şəkərli diabet;
-İrsi daşıyıcılıq;
-Ürək-damar sistemi xəstəlikləri.
Yuxarıda sadalanan hallarda depressiv vəziyyət əsas xəstəliyin müalicəsindən və ya bəzi dərmanların qəbulunu dayandırmadan sonra yoxa çıxa bilər.
Depressiyanın müalicəsi pasiyentdən bəzi addımları tələb edir:
Birinci addım
Depressiyanın əsas müalicəsində antidepressant dərmanların qəbulu dayanır. Təəssüflər olsun ki, bir çoxları dərmanlardan imtina edir və antidepressantları sakitləşdiri dərmanla əvəz edir.
Müasir antidepressantlar asılılıq yaratmır və əks-təsirə malik deyil. Bu dərmanlar ziyansızdır. Bununla yanaşı, dərmanı və dozasını düzgün seçmək tez müddət ərzində və effektiv yolla depressiyadan qurtulmağa imkan yaradır.
İkinci addım
Həyat tərzini dəyişmək lazımdır:
-Ruhuna uyğun işlə məşğul olmaq;
-Pozitiv insanların əhatəsində olmaq;
-Həyatınızı planlaşdırın, elə edin ki, psixi vəziyyət üçün təhlükəli olan boş anlar olmasın;
-Tez-tez təmiz havada olun, qan oksigenlə zənginləşsin;
-Orqanizmi fiziki cəhətdən gücə salın, idmanla məşğul olun;
-İnsanlara istənilən xırda işdə yardım edin, öz lazımlığınızı hiss edin.
Müalicəni davam etdirmək lazımdır. Yaxşılaşma mərhələsində antidepressantlardan və psixoterapiyadan imtina etməyin. Xəstəlik yenidən qayıda bilər. Bunun baş verməməsi üçün isə müalicəni sona qədər çatdırın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1254   Tarix: 02 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

geyim seçimi qadin sayti yemek reseptleri hicablı geyimlər əllərin tərləməsi salatlar milli geyimlər kosmetika cantalar kəlamlar vətən haqqında bayatılar xanım az prostat