Depressiya zamanı spirtli içki qəbul etmək olar?
Professor Boris Polojiy payız depressiyası zamanı spirtli içki qəbul etməyin zərərlərindən danışıb.
Milli.Az xəbər verir ki, mütəxəssisin fikrincə, bu vəziyyətdə alkoqoldan asılılıq son dərəcə sürətlə inkişaf edir.
"Belə hallarda alkoqol vərdişi çox tez formalaşır. Depressiya daha tez-tez yarana bilər. Əgər siz depressiyanı daim alkoqolla aradan qaldırmağa çalışırsınızsa, bir çox hallarda asılılıq qaçılmazdır. Hər hansı problemi çözə bilməyən insan özünü başqa girdaba salır. Alkoqol vəziyyəti bir müddət yaxşılaşdırır, amma bu, dərman kimi istifadə etmək üçün səbəb deyil", - ekspert deyib.
Polojiy depressiyanı aradan qaldırmaq üçün daha təsirli və daha təhlükəsiz vasitələrin olduğunu vurğulayıb: "Gəzinti və ya qaçış kimi fiziki aktivliyi antidepresantlarla müqayisə etmək olar. Simptomlar şiddətlənməyə davam edərsə, psixoterapevt və ya psixiatrla məsləhətləşin".
Mütəxəssis ekstremal hallarda depressiya ilə antidepresantlarla mübarizə aparmağı məsləhət görüb. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir