Dəri qatlarının xəstəlikləri

Dəri qatlarının xəstəlikləriHər bir dəri qatında özünəməxsus xəstəliklər inkişaf edə bilər. Dərinin ən üst qatı, yəni epidermis üçün dəmirov və qoturluq, derma qatına furunkulyoz (çiban), hidradenit, dərialtı piy qatına isə sellülit və lipoma xarakterikdir. Bununla yanaşı bəzi patologiyalar (məsələn, yanıqlar) dərinin bütün qatlarını əhatə edir.

Dəri xəstəliklərinin təsnifatı
Dəri xəstəlikləri 2 qrupa bölünür: infeksion və qeyri-infeksion. Ancaq bu bölgüdən bəzən kənara çıxılır. Belə ki, seboreik dermatit göbələk tərəfindən törədilir. Ancaq immunitet zəifləmədikdə özünü bəlli etmir. Həmçinin patoloji prosesin kəskin dövründə infeksiyalar sonradan qoşula bilər. Məsələn, pullu dəmirovlu xəstələrdə tez-tez irinli səpkilər əmələ gəlir.

Dermatoloqa ən çox hansı dəri xəstəlikləri ilə müraciət edirlər?
Kəskin infeksion patologiyalardan fərqli olaraq, xroniki dəri xəstəlikləri insanı uzun zaman narahat edir. Statistik məlumatlara əsasən pasiyentlər arasında ən çox rast gəlinən dəri xəstəlikləri qrupuna dermatozlar və dermatitlər aiddir. Bunlar qeyri-infeksion təbiətli xəstəliklərdir. Adı çəkilən patologiyalar dəridə rəng dəyişikliyi, qaşınma, pulcuqlanma ilə müşahidə edilirlər. Onlara immun çatışmazlığından və allergiyadan əziyyət çəkən böyüklərdə, eləcə də uşaqlarda təsadüf olunur.

Dəri xəstəlikləri foto 1

Dəri xəstəlikləri yoluxucudurmu?
Qaşınma, ağrı və digər xoşagəlməz hissiyatlar istənilən dəri patologiyasının əlaməti ola bilər. Bu səbəbdən xəstəliyin sağlamlığa nə qədər zərərli olduğunu və daha önəmlisi yoluxuculuğunu aydınlaşdırmaq məsləhətdir.

Dermatit və dermatozlar, həmçinin psoriaz yoluxucu deyildir. Ancaq bu xəstəliklər insanın fiziki və psixoloji vəziyyətini bəlli dərəcədə poza bilər. Erkən əlamətlərlə üzləşdikdə dermatoloqun konsultasiyasından keçmək lazımdır.
Atopik dermatit körpələrdə inkişaf edən allergik xəstəlikdir. Dermatit qaşınma, üz, boyun, başın tüklü hissəsi və təbii dəri büküşlərində (qolaltı, dirsək, diz, qasıq) səpkilərlə təzahür edir. Dərəcəsindən asılı olaraq, yüngül və ya ağır gedişata malikdir.
Allergik dermatitlər atopik formadan fərqli olaraq, böyüklərdə qida və təmas qıcıqlandırıcılarına qarşı reaksiya nəticəsində formalaşır. Qida allergiyası həmin məhsulun qəbulundan sonra 24 saat ərzində yaranır. Allergik səpkinin lokalizasiyası fərdi xarakter daşıyır. Təmas allergiyasında isə iltihabi reaksiya və dəri dəyişiklikləri bilavasitə dərinin qıcıqlandırıcı ilə kontaktda olduğu nahiyədə meydana çıxır. Misal üçün: saç boyasına qarşı allergiya baş dərisinin qaşınması, şişkinlik, qızartı ilə müşayiət edilir.
Seboreik dermatit dəridə yağ hüceyrələrinin normadan artıq sintez olunması ilə əlaqəlidir. Xəstəlik Malassazea tipli göbələklər tərəfindən törədilir. Patologiyanın təzahürləri piy vəzilərinin çox olduğu yerlərdə (başın tüklü hissəsi, burun-dodaq üçbucağı, qulaqarxası nahiyələr, göbək, döş, kürək sümükləri arasında, qoltuq altı) aşkarlanır. Bu zaman dəri səthində asanlıqla qopan kiçik ölçülü, ağımtıl rəngli pulcuqlar izlənilir.
Dəri xəstəlikləri foto

Dermatozlar
Bunlara ekzema, neyrodermit və psoriaz aiddir.

Ekzema dərinin xroniki residivləşən xəstəliyi olub, iltihab, səpki, yanğı hissi ilə xarakterizə edilir. Bükücü oynaqların səthində və bədənin simmetrik bölgələrində inkişaf edir. Onun fərqləndirici xüsusiyyəti səpkilərin dövrülüyüdür.

Neyrodermit 2 patoloji prosesin nəticəsi: vegetativ sinir sisteminin fəaliyyətində pozğunluq və allergik reaksiya ilə əlaqədar əmələ gəlir. Şiddətli qaşınma yuxu və normal həyat ritminə mane olur. Neyrodermitin məhdud və diffuz formaları vardır. Belə xəstələrdə dəri quruyur, iltihablaşır və kobud şəkil alır. Zədələnmə nahiyələrində piqment ləkələri əmələ gələ bilər.

Psoriaz xroniki dəri xəstəlikləri arasında ən mürəkkəb və ağır forma sayılır. Müəmmalı gedişi və yaranma mexanizmi ilə fərqlənir. Bu xəstəlik yaş, cins, sosial status və həyat tərzindən asılı olmayaraq inkişaf edir. Psoriatik ərplər dirsək, diz büküşlərində, başın tüklü hissəsində, pəncə və ovuclarda, oynaqların xarici səthlərində müşahidə oluna bilər.

Dəri xəstəlikləri zamanı müalicə
Müalicə sistem şəklində aparılmalıdır. Bu məqsədlə hormonal və qeyri-hormonal preparatlar təyin edilir. Hormon əsaslı maz və kremlərin təsir maddəsi qlikokortikosteroidlərdir. Həmin dərmanlar iltihabı tez bir zamanda aradan qaldırır, immun reaksiyaları ləngidir. Bunlara Uniderm, Kenakort, Sinalar, Arkiderm, Kortef misaldır. Qeyri-hormonal preparatlara isə Sinokap (sink pirition tərkibli), Naftalan, İxtiol, Dermatol, Kartalin və digər mazlar aiddir.

Sonda onu da qeyd edək ki, ilk baxışdan dəri xəstəlikləri yüngül görünsə də, onlara etinasız yanaşmaq olmaz. Belə hallarda özbaşına müalicə əvəzinə, vaxt itirmədən dermatoloqa müraciət etmək gərəkdir.

Sağlamlıq     Baxılıb: 3729   Tarix: 17 avqust 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

qadin sayti adlarin menasi qadın geyimi pehriz salatlar gəlin qaynana ekzema xəstəliyi seks pozalari kosmetika şebnem tovuzlu bürcler masturbasiya ariqlamaq sağlamlıq