Dərini erkən qocaldan səbəblər
Bir sıra xarici amillər və düzgün qulluq göstərilməsi dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Həmin prosesi tamamilə dayandırmaq mümkün olmasa da, ləngitmək olar.
Milli.Az bildirir ki, həkim-dermatoloq Solmaz Orucova AZƏRTAC-a deyib ki, mütəmadi spirt qəbulu, günəşin zərərli şüaları dərini qocaldır və bunun qarşısını almaq üçün bəzi vərdişlərdən uzaq durmaq lazımdır: "Makiyajı silmədən yatmaq dəriyə vurulan ən böyük zərbələrdən biridir. Gün ərzində dəri məsamələrində makiyaj və çirk qalıqları yığılaraq incə xətlər yaradır. Ona görə də hər gecə üzü dəri tipinə uyğun vasitələrlə təmizləmək və sonra nəmləndirici krem tətbiq etmək lazımdır.
Dəridə qırışların erkən yaranmaması üçün qidalanma da mühüm şərtdir. Çox şəkərli və duzlu qidaların qəbulu kilo almaqla yanaşı, dərinin erkən yaşlanmasına da səbəb olur. Günəşin zərərli şüalarının dəridə pozulmalar əmələ gətirməməsi və kollagenlərin zərər görməməsi üçün bayıra çıxanda günəş kremindən istifadə etmək məsləhətdir".
Onun dediyinə görə, yastıqda üzü üstə yatmaq dəridə qırışlar əmələ gətirir. Ona görə də kürəyi üstə və yan tərəfi üstə yatmaq daha düzgündür. Əsəb və stress də dərinin vaxtından əvvəl qocalmasına səbəb olan amillərdəndir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hakışta
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
Teylor Sviftin toy tarixi bəlli oldu
Muhteşem Yüzyıl' bu il 800 min lirə qazanacaq
"Uzak Şehir"də şok ayrılıq