Dərinizi yaşıl çay və nar suyu ilə canlandırın
Makiyajı sildikdən sonra məsamələrdə qalan qalıntıları ev şəraitində hazırlayacağınız toniklə təmizləyə bilərsiniz. Bu hüceyrələrin itirdiyi parçaları bərpa etməyə yardımçı olacaq.
Milli.Az Axsam.az-a istinadən bildirir ki, yaşıl çay məsamələrin böyüdüyünü, qara nöqtələrin artdığını, üzdəki hüceyrə balansının pozulduğunu hiss etdiyiniz an istifadə edə biləcəyiniz təbii vasitədir. Eyni özəlliklərə sahib nar suyu da cildi canlandırır.
Yaşıl çay günəş şüalarının cildə buraxdığı izləri, qırışları, iltihabı aradan qaldırarkən, nar suyu dərinin yaşlanma prosesini ləngidərək hüceyrələri yeniləyir.
Yaşıl çay və nar suyundan hazırlanan toniki təqdim edirik.
Tərkibi:
1/4 stəkan yaşıl çay
1/8 stəkan təmiz nar suyu
1/8 stəkan su
Hazırlanma qaydası:
Yaşıl çay dəmləyib soyudun. Nar suyunu adi su ilə qarışdırdıqdan sonra yaşıl çayı üzərinə əlavə edib, şüşə qabda saxlayın. İstifadə etməzdən əvvəl çalxalayın. Pambıq vasitəsi ilə üzünüzə tətbiq edin. Bu qarışımı 1 həftə soyuducuda saxlaya bilərsiniz. Hər hansı qızartı və ya ağrı hiss etdikdə istifadəni dayandırın.
Milli.Az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi