Dəsmalı hamam otağına qoymaq olmaz

Dəsmalı hamam otağına qoymaq olmazHamamlar tez-tez dəsmal saxlamaq üçün praktik yer kimi görülür, lakin mütəxəssislər bu vərdişin əslində yanlış olduğunu vurğulayıblar. 
Milli.Az xəbər verir ki, gündəlik həyatda istifadə etdiyimiz bir çox əşyalar temperatur və rütubətin təsirindən xarab ola və ya funksiyasını itirə bilər ki, dəsmallar da bu əşyalardan biridir.
Hamamda rütubət dəsmalların daha tez islanmasına və kif əmələ gəlməsinə yol açsa da, mütəxəssis Karl Graham, dəsmalların hamamdan uzaq, quru və sərin bir mühitdə saxlanması lazım olduğunu bildirib. 
Graham deyib: "Hamamlar ehtiyaclarınızı əlinizdə saxlamaq üçün cazibədar yer kimi görünə bilər. Ancaq hamamın rütubətli və isti mühiti bir çox əşyalara mənfi təsir göstərə bilər".
Graham, hamamda dəsmalların saxlanmasının kif böyüməsinə səbəb ola biləcəyinə diqqət çəkib. Bu vəziyyət gigiyena baxımından problem yaratmaqla yanaşı, dəsmalların parçasını zədələyə, pis qoxunun yayılmasına səbəb ola bilər. Bunun əvəzinə, ən yaxşı variantlardan biri dəsmalları camaşırxana şkafında və ya yataq otağında uyğun bir yerdə saxlamaq olardı.
Bundan əlavə, bir çox insanlar dərmanlarını da hamamda saxlamağı üstün tutsalar da, bura ideal yer seçimi deyil. Rütubət və istilik dərmanların təsirini azalda və onları zərərli edə bilər. 
Graham reseptlə satılan dərmanları və reseptsiz məhsulları vanna otağında deyil, sərin, quru yerdə saxlamağı tövsiyə edir. O, bunun üçün mətbəx şkaflarının və ya yataq otağının siyirmələrinin daha uyğun yerlər olduğunu vurğulayıb.
Hamamda saxlanmaması lazım olan başqa bir vacib maddə batareya ilə işləyən cihazlardır. Graham, batareyaların nəmdən təsirlənə, korroziyaya uğraya və hətta partlaya biləcəyini söyləyib. Buna görə də, akkumulyatorla işləyən qurğular istifadə olunmadığı zaman quru, yaxşı havalandırılan yerlərdə saxlanmalıdır. /News24.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1594   Tarix: 11 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

gozel gorunmek geymler 2026 makiyaj etmek qaydalari aşıq i̇mtahana hazırlıq ana və uşaq metbex kosmetika qu quşu haxışda gozde olar maska arıqla