Detoks və onun formaları

Detoks və onun formalarıToksinlər həm orqanlarda gedən metabolik proseslər zamanı istehsal olunur, həm də qida vasitəsilə orqanizmə daxil olur. Detoks-orqanizmdə istehsal edilən və ona daxil olan zərərli toksinlərdən xilas olmaq üçün aparılan tədbirlərdir.
Detoks orqanizmi təkcə zərərli maddələrdən təmizləmir, həm də qocalmağa və xəstəliyə səbəb olan sərbəst radikal və toksinlərdən azad edir. Fizioloji tarazlığı bərpa edən detoks toxumalardakı toksinləri qan və limfa sistemi, orqanizmə daxil olan digər zəhərli maddələri isə bağırsaqlar vasitəsilə xaric edir. Detoks orqanizmdəki mayelərin qatılaşmasının qarşısını alır və su balansını qoruyur.
Gün ərzində yorğunluq, halsızlıq, gözaltı nahiyədə tünd ləkə, qəbizlik, ürəkbulanma, mədədə narahatlıq, dildə və ağızın selikli qişasında əmələ gələn yaralar, sızanaqlar, həddən artıq və xoşagəlməz qoxulu tərləmə, ödemlər, artıq çəki, dırnaqlarda qırılma və ağ ləkə, quru, qırılan və tökülən saçlar, siqaret çəkmə, içki içmə, mövsüm dəyişikliyi, ağır zehni fəaliyyət detoks üçün göstəriş olan hallardır. Həmin hallar müşahidə edilən hər kəs üçün detoks məsləhətdir.
Hamilə və süd verən qadınların, qanazlığı, yüksək təzyiq, ürək-damar, şəkərli diabet kimi xəstəlikləri olanların, uşaqların, ağır fiziki işdə işləyənlərin, sağlamlıq problemi olan yaşlıların, mütəmadi dərman qəbul edənlərin detoks etməsi məsləhət deyil.
Detoksun bir neçə forması var. Total-məhdud qidalanma yalnız su, çay və meyvə-tərəvəz şirələri ilə aparılır. Prosedur ildə 1-2 dəfə ən azı 5 gün və ən çoxu 21 gün davam edir.
Bazis məhdud qidalanma mədə turşusunun ifrazını artıran qidalardan imtina ilə aparılır. İldə bir neçə dəfə ən azı 7 və ən çoxu 21 gün aparılır.
Tək istiqamətli qidalanma sadəcə maye və bərk halda olan bişməmiş qidalar yeyilməsi ilə aparılır. Davamlı olaraq həftədə 1 gün yerinə yetirilir.
Tam aclıq həftənin bir günü qidalanmamaqla aparılır.
Detoks zamanı şaftalı, ərik, limon, nar, portağal, avokado, manqo, böyürtkən, yaşıl çay, bal, yağsız pendir, vanil, cobanyastığı, lavanda, hil toxumu, itburnu, adaçayı, darçın, zəncəfil, mixək, qaragilə, limon yarpağı dəmləmələri, qatıq, yerkökü şirəsi ən səmərəli qidalar hesab edilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 982   Tarix: 04 yanvar 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

gelinlikler yay geyimləri 2026 hamilelikde qidalanma hamiləlikdə axıntı yuxuyozma hicab baglama usullari toy paltarlari 2026 kosmetika baldiza aid hakisda qaynana hakista baliq burcu haxisda burclerin uyumu