Ağzınızdakı belə dəyişikliklər infakrtın xəbərçisi ola bilər

Ağzınızdakı belə dəyişikliklər infakrtın xəbərçisi ola bilərAlimlər diş əti xəstəlikləri ilə ürək və beyin xəstəlikləri arasında təhlükəli əlaqə aşkar edib
Milli.Az xəbər verir ki, araşdırma "Neurology Open Access" jurnalında dərc olunub.
Araşdırma diş əti xəstəlikləri və diş çürüməsinin təkcə ağız sağlamlığına deyil, həm də ürək və beyin damar sisteminə ciddi təsir göstərə biləcəyini ortaya qoyub.
Mütəxəssislər təxminən 6 min nəfərin sağlamlıq məlumatlarını təhlil ediblər. Nəticələrə görə, həm diş çürüməsi, həm də diş əti iltihabı olan şəxslərdə insult riski 86 faiz, infarkt riski isə 36 faiz artıb.
Tədqiqatçılar bildiriblər ki, ağız boşluğunda xroniki iltihab prosesləri orqanizmdə ümumi iltihabi reaksiyanı gücləndirir və bu da damar divarlarının zədələnməsinə səbəb olur. Nəticədə, qan dövranı pozulur və trombların əmələ gəlmə riski yüksəlir.
"Diş əti xəstəlikləri və diş çürüməsi çox vaxt diqqətdən kənarda qalır, halbuki onlar beyinə qan axınını pozaraq işemik insultun inkişafına şərait yarada bilər," - deyə tədqiqat müəllifləri qeyd edib.
Alimlər xəbərdarlıq edirlər ki, bu, səbəb-nəticə əlaqəsini tam sübut etmir, lakin diş və diş əti sağlamlığının qorunmasının insanın ümumi sağlamlığı üçün həyati əhəmiyyət daşıdığını göstərir.
Mütəxəssislər dişləri gündə iki dəfə fırçalamağı, diş sapından istifadə etməyi və mütəmadi olaraq stomatoloqa müraciət etməyi tövsiyə edir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1156   Tarix: 07 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geyim seçimi makiyaj etmek qaydalari qaşların formalari yataqda seks gavalının faydaları dirnaqlara qulluq maskalari korpelerde qebizlik kosmetika sağlamlığın sirleri statuslar azərbaycan yuxuda qara ilan gormek qiz evi ucun