Dəyişkən havalarda necə qidalanmalıyıq? - MÜTƏXƏSSİS AÇIQLADI

Dəyişkən havalarda necə qidalanmalıyıq? - MÜTƏXƏSSİS AÇIQLADISon günlər hava şəraitinin tez-tez dəyişməsi müşahidə edilir. Təbii ki, baş verən kəskin hava dəyişiklikləri insan orqanizminə təsirsiz ötüşmür. 
Maraqlıdır, görəsən, dəyişkən havalarda necə qidalanmalıyıq?
Milli.Az lent.az-a istinadən xəbər verir ki, qida üzrə baş mütəxəssis Ağa Salamov lent.az-a açıqlamasında bildirib ki, havanın tez-tez, bir gün isti, bir gün isə soyuq olması insan orqanizmində müəyyən dəyişikliklərə yol açır. 
Onun sözlərinə görə, belə havalarda immun sistemi zəif olan insanlar daha tez xəstələnirlər:
"İmmun sisteminin güclü olması üçün ilk növbədə təbii və orqanik məhsullara üstünlük verilməlidir. İnsanlar mövsümündə yetişən və yerli istehsal olan qidalara üstünlük verməlidirlər.
Uşaqlar və yaşlılar xüsusilə risk qrupuna daxildir. Çünki onların immun sistemləri zəif olur. Bu cür insanların səhər yeməyində xama, pendir, kərə yağı kimi məhsulların olması vacibdir. Çünki bu qidalar yaşlı insanlarda sümüklərin əriməsinin qarşısını alır, uşaqlarda isə sümükləri bərkidir. Səhər yeməyində diqqət edəcəyimiz məqamlardan biri də odur ki, həkim məsləhəti ilə hər səhər 2 ədəd yumurta yemək lazımdır". 
Ağa Salamov onu da qeyd edib ki, həftədə bir dəfə qırmızı ət məhsulları istehlak olunmalıdır:
"Qırmızı ətlə yanaşı, balıq da yemək lazımdır. Çünki balıqda əvəzolunmaz yağ turşuları var. Bununla yanaşı, quzunun qaraciyəri də istehlak olunmalıdır. Çünki qaraciyər D vitamini ilə zəngindir. Xüsusilə mövsümündə yetişən göyərtilər və tərəvəzlərdən yemək lazımdır. Ağ undan, yəni rafinə olunmuş undan, şəkərdən hazırlanan karbohidratlardan uzaq durmaq tövsiyə olunur".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1044   Tarix: 26 fevral 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

donlar 2026 qis geyimləri 2026 geyim necə seçməli dolma reseptleri mede tursusu yuxu pozğunluğu qadın və din kosmetika lakonizim orqazm ağır itki novruz hakistalari novruz bayramına aid