Dietoloq dəri qoxusu ilə müəyyən edilə bilən xəstəlikləri açıqladı

Dietoloq dəri qoxusu ilə müəyyən edilə bilən xəstəlikləri açıqladıDəri insan bədəninin ehtiyac duymayan maddələri xaric etdiyi qlobal bir filtrdir, buna görə də onun vəziyyəti sahibinin sağlamlığı haqqında çox şey deyə bilər. Xüsusilə dəridən çıxan spesifik bir qoxu fiziki patologiyaların olduğunu göstərir.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı terapevt və dietoloq Natalya Lazurenko "Zvezda TV" kanalına çıxışında danışıb.
Onun sözlərinə görə, hüceyrə və orqanlar səviyyəsində metabolik xəstəliklər olduğu halda qoxu bədən sistemində bir problem olduğunu xəbər verir.
"Məsələn, zəhərli və bədəni turşlaşdıran maddələrin yığılması nəticəsində metabolik xəstəliklər yaranır ki, bu da dəridə xüsusi bir turş qoxuya səbəb olur. Bədəndəki bu turş qoxu zərərli məhsulların toplandığı siqnalını verir. Xüsusilə bənzər qoxu çox miqdarda protein və ya yağlı qida istehlak edərsə, ortaya çıxa bilər. Dəridəki qeyri-adi şirin qoxu diabetin inkişafına da işarə edə bilər. Xüsusi şirin və turş qoxu olması pozulmuş karbohidrat metabolizma prosesləri ilə əlaqəli olduğuna işarə edir" , - ekspert bildirib.
Eyni zamanda, həkim dərinin görünüşünün də vacib bir amil olduğunu vurğulayıb: "Sızanaqsız və hamar dəri sağlamlığınızın normal olduğunu göstərir. Səpki meydana gəlirsə, onların çıxdığı yerlərə əsasən bədənin hansı orqanlarına və sistemlərinə xüsusi diqqət yetirilməli olduğunu müəyyən etmək mümkündür. Məsələn, üzün alt hissəsində, xüsusən də çənədə iltihablı elementlər aşkar edilərsə, mədə-bağırsaq traktını yoxlamağa dəyər. Əgər onlar üzün alt çənə hissəsində çıxıbsa, cinsi hormonları yoxlamaq məsləhətdir".
Mütəxəssisin sözlərinə görə, dəri səthində dəyişiklik spesifik göstəricilərdir: "İnsulin müqavimətinin spesifik dəyişiklikləri nəticəsində dirsək və dizlərdə qırışlar və tündləşmə görə bilərsiniz. Toxunanda daha kobud olur".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2316   Tarix: 12 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

kosmetik vasiteler toy makiyaji sekilleri qadin dunyasi evdarlıq kitabı atalar sozu elm haqqinda kombinler 2026 yay hicab bağlamaq kosmetika qiz evi ucun prostat orqazm qadin saglamlig laylalar