Dietoloq kəskin şirniyyat istəyinin səbəblərini açıqladı
Rusiyalı dietoloq Yelena Solomatina kəskin şirniyyat istəyinin yaranma səbəblərini izah edib.
Milli.Az xəbər verir ki, ekspert bu fenomenin bədəndə müəyyən mikroelementlər, xüsusən də xrom, maqnezium, B vitamini çatışmazlığından baş verdiyini deyib.
"Dəniz məhsulları, qarabaşaq yarması, tərəvəzlər, ət, tam taxıl çörəyi və dənli bitkilər kimi mürəkkəb karbohidratlar kəsiri doldurmağa kömək edəcək. Soyuq fəsildə insan enerjidən məhrum olur və qızınmaq istəyir. Yağlı və şirin yeməklər ümumiyyətlə enerjini artırmağa kömək edir", - Solomatina "Sputnik" radiosuna verdiyi müsahibədə qeyd edib.
Həkim bildirib ki, boşanma, yaxınlarını itirmək və s. kimi psixoloji problemlər şirniyyat istəyinə səbəb ola bilər. Bu da insanın sevinc gətirən hobbilərdən imtina etməsinə səbəb ola, zövq hormonundan məhrum edə bilər. Bundan əlavə, konfet yemək istəyi yuxu pozğunluğunun, zəif qidalanmanın və ya gizli infeksiyanın əlaməti ola bilər. (publika.az)
Milli.Az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu