Dil udlaq sinirinin nevralgiyası
Xəstəliyin 2 forması var:
- idiopatik
- simptomatik.
Xəstəliyə 40 yaşdan yuxarı adamlarda rast gəlinir. Xəstəliyin etiologiyasında vidaci dəliyin şişləri və osteofiti, sinir kökünün çapığı, yuxu arteriyasının anevrizması, qırtlağın xərçəngi, xroniki tonzillit, angina, qrip, intoksikasiyalar mühüm rol oynayır.
KLİNİKASI: Dilin kökündə, badamcıqlar və damaq qövsündə lokalizə olunan kəskin ağrı, dartıcı, burucu ağrıların bir neçə saniyə davam etməsi xəstəliyin əsas əlamətləridir. Ağrılar tez-tez qulaq daxilinə, boğaza və alt çənənin arxa bucağına yayılır. Ağrı tutmaları bradikardiya və arterial təzyiqin enməsi fonunda huşdangetmə halı ilə müşayət olunur. Bu dil udlaq sinirinin tərkibində yuxu sinusundan damar hərəki mərkəzə impulslar daşıyan reseptor sinirin olması ilə əlaqədardır. Triqqer zonaları dilin kökündə, badamcıqlarda və damaq qövsündə aşkar edilir. Ağrılar udma zamanı, bəzən isti və soyuq qidalar qəbul edərkən öskürək, gülüş zamanı baş verir. Xəstələr ünsiyyətdən qaçır, qidanı, suyu bir tərəfi üstə udmağa çalışır.
DİAQNOZU: Dil udlaq sinirinin nevralgiyasının diaqnozunda diqqətli olmaq lazımdır ki, üçlü sinirin nevralgiyası ilə qarışdırılmasın. Üçlü sinirdə ağrılar üzdə, dodaq ətrafında, dil udlaq sinirinin nevralgiyasında isə dilin kökündə yerləşir.
MÜALİCƏSİ: Ağrı tutmalarının kəsilməsi üçün dilin kökünə 20%-lı novokain məhlulu sürtülür. Bu ağrıları 6-7 saat sakitləşdirir. Kəskin davamlı ağrılarda dilin kökünə 1-2%-lı novokain məhlulu yeridilir.
Xəstələrə fizioterapevtik müalicə üsulları tətbiq edilir, B12 vitamini təyin edilir.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
İsveçli müğənni Avroviziyanı boykot etdi
Konsert məni qocaldır
Mumiya'nın dördüncü sezonu çəkiləcək
"Avroviziya Asiya" keçiriləcək
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq