Dil xərçəngi nədir? - SƏBƏBLƏRİ

Dil xərçəngi nədir? - SƏBƏBLƏRİAğız boşluğu, damaq, ağız içi selikli qişanın xəstəlikləri, damaq problemləri, dodaq, ağız, dil xərçəngi hazırda dünyada sürətlə artıq. Dünya əhalisinin 50%-i, təxminən 4 milyarda yaxın insan ağız içi xəstəliklərinə yoluxub. Ağız içinə aid xərçəng isə 15 ən geniş yayılmış onkoloji xəstəlik siyahısındadır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, dünya alimləri insanların ağız boşluğu infeksiyaları və gigiyenasına lazımı səviyyədə diqqət ayırmadıqca, problemin ciddiyətini anlamadıqca vəziyyətin daha da pisləşəcəyini söyləyirlər.
"İnsanlar hələ də başa düşmür ki, ağız içi də digər orqanlar kimidir. Ağız içindəki ağır xəstəliklər insan üçün təhlükəli və ölümcül ola bilər. Ağzımızda təkcə diş, karies olmur. İnkişaf etmiş ölkələrdə ağız içi xəstəliklərinin öncədən profilaktikasına diqqət və vaxt ayrılır, nəinki sonradan müalicəsinə".
Avropa Birliyində stomatoloji xidmət və müalicə bahalığına görə 3-cü yerdə durur. Diş, dil və ağız içi müalicəsi diabet və ürək-damar xəstəlikləri qədər vacibdir.
Dil xərçəngi yastı epitelidən ibarət olan bədxassəli şişdir. Statistikaya əsasən, dil xərçəngi əksər hallarda kişilərdə inkişaf edir. Xəstəliyə əsasən daha yaşlı insanlarda təsadüf edilir, lakin bəzən bu xəstəlik daha cavan insanlarda da inkişaf edir. Şiş əsasən dilin böyür hissəsində, daha nadir hallarda dilin altında, kökündə və uc hissəsində inkişaf edir.
Xəstəliyin əsas yaranma səbəbləri:
- Siqaret çəkmək
- Kimyəvi yanıqlar
- Spirtli içkilərin qəbulu
- Çox isti qidaların və içkilərin daim qəbulu
- İrsiyyət.
- Dilin xroniki travmaları (məsələn, sınmış dişin iti hissəsi dili daim kəsdikdə və ya yaxşı
"oturmayan" protez dili daim zədələdikdə və s.)
Dil xərçəngi çox tez bir zamanda limfa düyünlərinə metastaz verir (yayılır). Bu səbəbdən dil xərçənginin vaxtında aşkar olunması və müalicənin düzgün aparılması olduqca vacibdir.
Müalicəsi:
Müalicə xəstəliyin ilkin mərhələsində başlayarsa, xəstələr əksər hallarda tam sağalır. Lakin daha gecikmiş mərhələlərdə xəstəliyin proqnozu pis olur.
Xəstəliyin əsas simptomu dilin üzərində (əsasən böyür hissəsində) kiçik (1 sm kimi) xoranın əmələ gəməsidir. Xora tədricən böyüyür, əvvəllər ağrı vermir və heç bir müalicəyə tabe olmur. Xəstəlik inkişaf etdikcə boyun limfa düyünləri böyüyür, dildə göynəmə, qaşınma, ağrılar əmələ gəlir. Ağrılar dildə hiss olunur, qulağa, ənsə və gicgah nahiyələrinə yayılır. Daha sonra boyunda, üzdə ödem əmələ gəlir, ağızsuyunun ifrazı artır, ağızdan pis qoxu gəlməyə başlayır.
Dil xərçəngi xəstəliyinin əvvəlində şiş həmçinin ağ ləkə, dil toxumasının bərkiməsi, papilloma şəklində ola bilər. Bu səbəbdən dilin üzərində istənilən törəmə onkoloqa müraciət üçün səbəb olmalıdır. Dəqiq diaqnoz biopsiya nəticəsində qoyulur, törəmənin mikroskopik hissəsi götürülür və müayinə edilir.
Dil xərçənginin müalicəsi cərrahi əməliyyat, kimyəvi və şüa terapiya vasitəsilə həyata keçirilir. Müalicə metodu xəstəliyin mərhələsindən, xəstənin yaşından, xəstədə digər xəstəliklərin olub-olmamasından və s. amillərdən asılı olaraq, fərdi şəkildə seçilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2094   Tarix: 22 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

kosmetoloq gozel gorunmek qaşların formalari faydalı məsləhətlər 1 hefteye 5 kq ariqlamaq vətən haqqında bayatılar veten haqqinda bayati kosmetika vətən novruz hakıştası kahfe falı bir arzum var