Dildə ərpin yaranması nədən xəbər verir?

Dildə ərpin yaranması nədən xəbər verir?Dildə ərp yaranması çoxlarına tanış olan haldır. Bir çoxlarımız buna adi hal kimi yanaşsaq da, bəziləri ərpi hansısa xəstəliyin əlaməti kimi qəbul edir. Bəs tibdə ərplə bağlı yanaşma necədir? Ərp nədən yaranır və nəyin əlamətidir?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, dermatoloq, uzman həkim Mehdi İskəndərli bildirib ki, dilin ərp bağlaması problemi ağız boşluğu xəstəlikləri arasında önəmli yer tutur. Dildə ərp yaranması ciddi diskomfort yaradan bir patologiyadır. Əksərən asimtpomatik olan bu problem bəzi şəxslərdə dildə yanma, göynəmə və ağrı hissi də verə bilər.
Onun sözlərinə görə, dilin ərplənməsi həm daxili, həm də xarici səbəblərdən yaranır: "Siqaret və spirtli içki qəbul edənlərdə alkoqolun və nikotinin yerli təsirindən dil ərplənməsi baş verə bilər. Ağız boşluğunun ümumi gigiyenası pozulmuş insanlarda bir çox ağız boşluğu xəstəlikləri yarana bilər. Dilin ərp bağlaması bunlardan biridir. Spritli içki qəbulu, tütün məmulatları, diş fırçalamasına diqqət etməyənlərdə ağız boşluğu gigiyenası pozulduğu üçün dilin üstündə ağ təbəqə yarana bilər. Lakin, dildəki ərpin rəngi hər zaman ağ rəngində olmur. Dildəki ərp sarı, qəhvəyi, hətta qara rəngdə də ola bilər. İntensiv şəkildə qəhvə və çay qəbul edənlərdə dil ərpi daha tünd tənglərdə olur. Dilin üstündəki ərp ikincili bakteriyal və funqal infeksiyalara bağlı olaraq daha qalın, daha tünd və qoxulu ola bilər".
Dermatoloq qeyd edib ki, dilin ərp bağlaması daxili xəstəliklərin, immun çatışmzlığı sindromlarına bağlı da yarana bilər. Bəzi genetik irsi xəstəliklər sadəcə, dilin üstündən deyil, ağız boşluğunun digər nahiyələrində də ağ ərp yarana bilər.
Mütəxəssis bildirib ki, bəzi sistemik virus infeksiyalarından sonra da dildə ərp yarana bilər. COVID-19 xəstəliyi keçirən bir çox insanlarda dad və qoxu itkisinə əlavə olaraq dilin ərp bağlaması da müşahidə edilib.
M. İskəndərli vurğulayıb ki, dilin üstündəki ərp bir çox hallarda geri dönən prosesdir, lakin ağız boşluğunda ağ ərp problemi bəzi hallarda konservativ müalicələr ilə düzəlmir. Bəzi hallarda dilin ağ ərpləri prekanseroz hallardan xəbər verir. Yəni, dildə ağ təbəqə zamanında müalicə edilmədiyi halda ağız boşluğunun bədxassəli şişinə çevrilə bilər. Dermatoloq, ağız boşluğunda ağ ərp görən pasientlərin zamanında dermatoveneroloqa müraciət etmələrini tövsiyə edib: "Onun mənşəyi təyin edilməli, diaqnozu qoyulmalı və vaxtında çarəsinə baxılmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1393   Tarix: 13 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

toy makiyaji sekilleri maskalar geyim seçimi südlü şirniyyat şirniyyat reseptləri displaziya sağlamlığa aid atalar sözləri kosmetika novruz hakistalari bedii edebiyyat penis sağlamlıq hakiwda