DİQQƏT! Azərbaycan manatı ilə bağlı YENİ QƏRAR

DİQQƏT! Azərbaycan manatı ilə bağlı YENİ QƏRAR"Azərbaycan Mərkəzi Bankı bütün informasiya vasitələrini və əhalini xəbərdar edir ki, Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı il tarixindən etibarən tədavülə buraxılmış bütün nominallarda milli pul nişanları üzərində "Azərbaycan Milli Bankı" və "Azərbaycan Mərkəzi Bankı" sözlərinin yazılmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq eyni dərəcədə tədavül vasitəsidir".

Unikal.org-un məlumatına görə, Mərkəzi Bankın Azərbaycanın yeni nəsil kağız pul nişanlarının üzərində yazılmış "Azərbaycan Milli Bankı" sözlərinin "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəzlənməsi və bu pulların tədavüldə mövcudluğu ilə bağlı kütləvi informasiya vasitələri və əhali tərəfindən çoxsaylı suallara cavab olaraq yaydığı açıqlamada qeyd olunub.
"Bu müraciətləri nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli fərmanına əsasən 01 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılıb və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə "Azərbaycan Milli Bankı" sözləri yazılıb.
2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən "Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu"na dəyişikliklər edilib və Qanunda "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilib.
Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz olunub", - deyə məlumatda vurğulanıb.
Açıqlamada bildirilib ki, hazırda tədavüldə üzərində "Azərbaycan Milli Bankı" yazılan pul nişanları ilə yanaşı, Referendum Aktının qüvvəyə minməsindən sonra istehsal olunmuş və üzərində "Azərbaycan Mərkəzi Bankı" sözləri yazılmış 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur. Gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz ediləcək.

Xəbərlər     Baxılıb: 3821   Tarix: 23 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 yaz geyimleri 2026 qiymenin hazirlanmasi dil haqqında aforizmlər 2026 geyim kolleksiyasi kətə reseptləri kosmetika qız bürcü toy gecesı xerçeng narin faydasi hakisdalar