DİQQƏT! Azərbaycanda məşhur bankın 6 filialı bağlandı

DİQQƏT! Azərbaycanda məşhur bankın 6 filialı bağlandıMaliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən "PAŞA Bank" ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib və "Bank VTB (Azərbaycan)" ASC-nin 6 filialının lisenziyaları ləğv edilib.

MBNP-dən BAKU.WS-ə verilən məlumata görə, Palatanın Direktorlar Şurasının iclasında "PAŞA Bank"ın Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşəcək "Fərdi bankçılıq" şöbəsinin açılması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

İclasda, həmçinin "Bank VTB (Azərbaycan)" ASC-nin "İçərişəhər", "Həzi Aslanov", "Əhmədli", "Bakıxanov", "28 May" və "Xırdalan" filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Filialların bağlanmasına əsas səbəb "Bank VTB (Azərbaycan)" tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

Direktorlar Şurası "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Bank VTB (Azərbaycan)" ASC-nin "İçərişəhər" filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, "Həzi Aslanov" filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, "Əhmədli" filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, "Bakıxanov" filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, "28 May" filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və "Xırdalan" filialının 26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv edib.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.

Xəbərlər     Baxılıb: 2086   Tarix: 16 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

donlar 2026 kosmetika mehsullari toy makiyajlari xiyar tutmasi maskalar saç üçün burcler kisiler kök suyu kosmetika haqisda oglan evi laylalar sirniyatlar vətən həsrəti