DİQQƏT! Bakıda gediş haqqı 2 dəfə ARTDI

DİQQƏT! Bakıda gediş haqqı 2 dəfə ARTDINəqliyyatda yeniliklər sərnişinlərin cibini soyur
Paytaxtda ciddi marşrut soyğunçuluğu yaşanır. İctimai nəqliyyatda üzdə qiymətlər "sabit" qalsa da, əslində azı 100 faiz artım var. Bunun üçün bir neçə marşrutun sxeminin müqayisəsi əsl vəziyyəti daha aydın ortaya qoyur.

Yaxın tarixə nəzər salsaq görərik ki, məsələn bir neçə il əvvələ qədər metronun Həzi Aslanov stansiyasının qarşısından start götürən 95 saylı avtobus paytaxtın mərkəzindən keçməklə Parlament prospektinə qədər hərəkət edirdi. Və vətəndaş bu marşruta 20 qəpik qəpik ödəyirdi. Sonradan həmin marşrut 50 faizə qədər qısaldıldı. Yəni, məsələn Milli Məclisin qarşısından keçmiş "Nargilə" kafesi ərazisinə getmək istəyən vətəndaş ya 20 qəpiyə, Elmlər Akademiyası və ya İçərişəhər metro stansiyasına marşrutla, ordan da həmin əraziyə ən yaxın metro stansiyasına getməyə məcbur oldu. Nəticədə vətəndaş əvvəl 20 qəpiyə getdiyi yolu indi ən yaxşı halda 40 qəpiyə getməyə məcburdur.

Eyni hal məsələn 136 saylı marşrut xəttində baş verdi. 28 May ərazisindəki Səməd Vurğun bağının qarşısından 35 qəpiyə Mərdəkan qəsəbəsinə gedə bilən sərnişin aparılan "islahatlar"dan sonra bu marşruta Koroğlu metro stansiyasının qarşısından minə bildi. Xətt çəkilərək başlanğıq nöqtəsi bu ərazi müəyyən edildi. Belə olan halda şəhərin mərkəzində olan vətəndaş 20 qəpik ödəməklə ya metro, ya da marşrutla Koroğlu metro stansiyasının qarşısına, ordan da qəsəbəyə 35 qəpiyə getməyə məcburdur. Bu isə yekunda 55 qəpik edir.

Məsələn 7 saylı marşrut 9-cu mikrorayondan hərəkətə başlayaraq bir neçə metro stansiyasını "görməklə" Parlament prospekti, İçərişəhər metrosu, Mərkəzi Univermaq, Fizuli Meydanı, Qış Parkı, Sahil metrosu, Azneft dairəsi, Şəhidlər Xiyabanı kimi əsas iş mərkəzlərindən keçirdi. İndi Parlament prospektindən sərnişin Füzuli meydanına, Heydər Əliyev sarayına birbaşa bir marşrut xətti ilə getmək istəsə məcburdu ki, ən yaxın metro stansiyasına qədər 20 qəpiyə bir marşrutla, ordan da həmin ərazilərə yaxın metro stansiyasından başqa bir marşrutla hərəkət etsin. Bu da 40 qəpik. Nəticədə 60 qəpik edir. Ya da qənaət edəcəyi təqdirdə vaxt itkisi ilə üzləşmiş olacaq.

Nəqliyyat sektoru üzrə ekspert Natiq Ələkbərov hesab edir ki, islahatlar 2 istiqamətdə aparılsa sərnişinlər həm pula, həm də vaxta qənaət edə bilərlər. Bunlardan biri uzun marşrut xətlərinin bərpasıdır. Hər ərazi üçün ən azı bir uzun xətt olmalıdır. Tarif Şurasının məsafəyə görə gediş haqqı ödənilməsini də alqışlamaq olar. Ancaq sonradan buna riayət edilmədi. Digəri görüməli işlərdən biri isə dayanacaqların qısaldılmasıdır.

"Əvvəllər planlaşdırmanın olmaması, süni şəkildə rentabelli xətlərin yaradılması, sahibkarlar tərəfindən istədikləri kimi alınması və istismarı çox mənfi qiymətləndirilməlidir. Ancaq yol kəsişmələrindəki dayanacaqların ixtisarı nəqliyyat axınına müsbət təsir göstərib. Dayanacaqlar sistemləşdirilir ancaq korrektə də aparılmalıdır. Yəni bunu ləğv yox sürüşdürməklə etmək lazım idi. Bəzi yerlərdə hətta 3 sayda ardıcıl dayanacağa birdən ixtisara düşüb.

Məsələn Nəriman Nərimanov metro stansiyasının qaşısından hərəkət edən 5 saylı marşrut avtobusu yalnız Azərbaycan Dillər Universitetinin qarşısında dayanır. Halbuki əvvəllər bu məsafədə azı 2 dayanacaq vardı. O ki qaldı marşrut sisteminə xətlərin hissələrə bölünməsi vaxt və xərc baxımından sərnişinlərə sərfəli deyil".

Bakı Nəqliyyat Agentliyinin müşaviri məsələ ilə bağlı bildirdi ki, bağlanan marşrutlar eyni istiqamətdə olan digərləri ilə 90-95 faiz eynilik təşkil edənlərdi. Marşrut sisteminin optimallaşdırılması məqsədilə daha bir neçə xəttin də bağlanacağı gözlənilir.(mənbə: istipress)

Xəbərlər     Baxılıb: 9841   Tarix: 17 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Niyə kariyes tez-tez təkrarlanır? - SƏBƏBLƏR

Karies yəni diş çürüməsi dünyanın ən geniş yayılmış diş problemlərindən biri olaraq qalır. Hər nə qədər stomatoloq tərəfindən uğurla müalicə edilsə də, bəzi hallarda bu problem zamanla yenidən üzə çıxır. Bəs kariyesin təkrar-təkra

.

Yeməkdən əvvəl dondurma yemək olar? - Mütəxəsisslərdən XƏBƏRDARLIQ

Yaz aylarının yaxınlaşması ilə birlikdə, dondurma sevənlərin sayının artacağı şübhəsizdir. Lakin yay aylarının istilərində bəzən insanlar bu soyuq və şirin qidanın vaxtı ilə necə istehlak edilməsi mövzusunda suallar verir

.

Çayı belə içmək xərçəng yaradır

Səhər yuxudan oyanan kimi əlimizin uzandığı ilk şey adətən bir stəkan dəmli çay olur. Xüsusilə Azərbaycan mədəniyyətində çayın yeri ayrıdır; səhər yeməyində, qonaqlıqda, istirahətdə. Ancaq bir çoxumuz fərqinə varmadan sağlamlığımız

.

Bu vərdişlər səssizcə beyninizə zərər verir

Zaman-zaman nəyisə unutmaq adi hal sayıla bilər. Lakin unutqanlıq gündəlik həyatınıza mənfi təsir göstərməyə başlayarsa və ətrafınızdakılar da bu vəziyyəti hiss edirsə, mütləq mütəxəssisə müraciət edilməlidir. xəbər veri

.

Ayağınızda bu izlər varsa, diqqət! - Beyinlə əlaqəsi üzə çıxdı

Varikozdan əziyyət çəkən insanlarda demans riskinin daha yüksək olduğu məlum olub. xəbər verir ki, yeni araşdırmada yarım milyon nəfərin sağlamlıq göstəriciləri öyrənilib və damar genişlənməsi (varikoz) olan şəxslərdə demensiy

.

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

Ürək sağlamlığını qorumaq üçün doğru qidalanma çox vacibdir. Uzun illər boyunca narın ürək üçün ən faydalı meyvələrdən biri olduğu düşünülürdü. -ın məlumatına görə, son elmi araşdırmalar göstərir ki, avokado ürək və dama

.

Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş

Qaraciyərin sağlamlığına ciddi təsir göstərən, lakin sağlam hesab edilərək gündəlik istehlak olunan bəzi qidalar əslində təhlükə saçır. xəbər verir ki, Harvard və Stanford universitetlərində təhsil almış gastroenteroloq Dr

.

Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir

Ağ rəngi və parlaq qırmızı toxumları ilə çiyələyi xatırladan ananaslı çiyələk, həm vizual cazibəsi, həm də tropik ananas ətirini daşıyan nadir dad təqdim edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ev şəraitində d

.

Qısa müddətdə necə arıqlamaq olar - AÇIQLAMA

Müasir cəmiyyətdə gözəllik standartlarının və sürətli nəticə gözləntilərinin artması insanların qısa müddətdə arıqlamağa çalışmasına səbəb olur. Xüsusilə bayram və xüsusi günlər ərəfəsində insanlar ideal bədən formasına çatma

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az makiyaj etmek qaydalari kosmetika mehsullari yemek reseptleri hakışta xınayaxdı sözləri küftə reseptləri kosmetoloqiya qrip haqqında pomidor hakiwda baliq burcu vetene aid atalar sozleri maska