DİQQƏT! Bu meyvə xərçəng riskini azaldır
Alimlər qreypfrutun xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə azaltdığını sübut ediblər.
Milli.Az lent.az-a istinadən bildirir ki, tərkibindəki çoxlu miqdarda antioksidantlar, mikroelementlər və vitaminlər sayəsində bu sitrus meyvəsi orqanizmə oksidləşmə prosesləri və iltihabla mübarizə aparmağa kömək edir.
Müxtəlif məhsulların xərçəng əleyhinə xüsusiyyətləri ilə bağlı bir sıra tədqiqatlar və araşdırmalar zamanı qreypfrutun müntəzəm istehlakı xərçəng şişlərinin inkişaf riskini azaltdığı məlum olub.
Mütəxəssislərin fikrincə, bu təsir məhsulun tərkibində olan mikroelementlər və antioksidantlar tərəfindən asanlaşdırılır.
Sitrus meyvələrinin pəhrizə əlavə edilməsi mədə-bağırsaq traktını stimullaşdırır. Meyvənin orta ölçüsünün yarısı C vitamininin gündəlik qəbulunun 60 faizdən çoxunu və lazımi miqdarda beta-karotinin demək olar ki, 30 faizini ehtiva edir. Antioksidantların, kaliumun, maqneziumun və kalsiumun yüksək tərkibi insanın immun sistemini gücləndirməyə və oksidləşdirici proseslərlə mübarizə aparmağa kömək edir.
Mədə şirəsinin turşuluğunun artması, hepatit, nefrit kimi əks göstərişlər olmadıqda həkimlər bu meyvələri daim qida rasionunuza daxil etməyi məsləhət görürlər.
Milli.Az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Murad Arif Naxçıvanda gənclərlə görüşdü
Cinsiyyətini dəyişən aktrisa boksla məşqul olur - FOTO
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
"Harri Potter"in aktyoru öldü
Maykl' filmindən tarixi rekord