DİQQƏT: Bu tarixdən maaşlar ARTIRILACAQ
İstər ərzaq qiyməti olsun, istər də digər məmulatların qiyməti günü – gündən bahalaşır.
Xanim.az A24.az-a istinadən xəbər verir ki, hətta yumurtanın da qiymətində bahalaşma müşahidə olunub ki, bu da məvacibi az olan ailələr üçün dözülməz bir haldır. Bu səbəbdən də qiymətlərin bahalaşması məsələsinin gündəmə gəlməsi özü ilə bərabər maaşların və pensiyaların artması məsələsini də gətirdi.
İndi hər kəsi yalnız bir sual düşünür. Bu bahalaşma nə vaxta və hansı həddə qədər davam edəcək? Və ən önəmlisi hər şeyin qiymətinin dayanmadann qalxdığı bir vaxtda maaş və pensiyaları qaldırmaq haqqında düşünülürmü?
Mövcud problem ilə bağlı A24.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov maaşlar nə vaxt qalxacaq sorğusuna "maraqlı sual verirsiniz, bu sualı elə biz də veririk" deyib.
"Bildiyimiz kimi, bayramdan öncə bəzi möhtəkirlər, bazada müəyyən bir mövqeyə malik insanlar ərzaqların qiymətini qaldırır və sonra qiymətlər enmir. Qarşıdan gələn yeni il bayramına görə, qiymətlər yenə qalxıb. Ancaq biz bu məsələni İqtisadiyyat Nazirliyi ilə müzakirə etmişik. Müəyyən tədbirlər görüləcək. Monitorinqlər aparılacaq ki, qiymətlər müəyyən qədər sabitləşsin. Buna nə dərəcədə nail olunacaq, deyə bilmərəm".
Vahid Əhmədov daha sonra maaşların qalxacağını da vurğulayaraq söylədi ki, bu məsələ 2018-ci ildə dövlət büdcəsidə nəzərdə tutulub artıq. Müəllimlərin maaşları dövlət sərəncamına əsasən həyata keçirilir. Ümumiyyətlə, maaşların bir hissəsinin və pensiyaların qaldırılıması isə, 2018-ci ildə dövlət büdcəsində nəzərdə tutulub.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin