DİQQƏT ! Bugün insanların gur olduğu yerə YOLLANMAYIN

DİQQƏT ! Bugün insanların gur olduğu yerə YOLLANMAYINxanim.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - istənilən yeni layihə və iş üçün yaxşı, əlverişli zamandır. Öz qüvvənizə güvənin. Uğur əldə edə bilərsiniz. Nüfuzunuz artacaq. Daha təcrübəli insanlar məsləhətlərinizə qulaq asacaqlar.

Buğa - əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun. Heç bir səbəb olmadan sizi tənqid edən, sürəkli şəkildə iradlarını bildirən insanlar əhvalınızı korlayacaqlar. Belələri ilə ünsiyyət neqativ emosiyalar yaradacaq.

Əkizlər - adi günlərdən fərqli olaraq, daha çox yorulacaqsınız. Maraqlı işlə məşğul olmaq, faydalı məlumatlar əldə etmək olar. Axşam saatları yaxın dostlarla gəzinti və istirahət üçün faydalıdır.

Xərçəng - mühüm işləri ertələmək, ya da etibar etdiyiniz insana həvalə etmək olar. İnsanların gur olduğu yerə yollanmayın.

Şir - mənasız insanla görüşdən imtina edin, söhbəti yarımçıq kəsin. İşdə daha çox çalışmalı olacaqsınız. Adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur.

Qız - rəğbət bəsləmədiyiniz insanların yanında çox vaxt keçirməyin. Belələri ilə ünsiyyətdən yayının. Həmin insanlarla təmaslardan tam kənarlaşmaq mümkün olmasa da, əlaqələrin intensivliyini minimuma endirin.

Tərəzi - maliyyə və pul məsələlərində tələsik qərarlar verməyin. Bədxərclik etməyin. Dəvət aldığınız yerə yollanın. Ən adi, rutin işlərə yaradıcı yanaşsanız, axşam saatları maraqlı keçəcək.

Əqrəb - yeni işlərinizdə yalnız etibarlı insanlara güvənin. Bu gün sizi aldatmağa çalışan insanlar yetərincədir. Günün ilk yarısında həssas olun. İdeya və planlarınızı kimləsə bölüşməyin. Onlardan faydalanmaq istəyənlər var.

Oxatan - rəqibləri üstələməyə çalışın. Özünüzə yeni düşmənlər qazanmayın. Yeni tanışlıqlar üçün pis zaman deyil. Fəqət yeni münasibətilərdə romantika aramayın. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.

Oğlaq - səbrli olun, təmkinli davranın. Çoxdan gözlədiyiniz hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli qələbələrə bel bağlamayın. İnsanlarla dil tapın. Onların problemləri ilə maraqlanın.

Dolça - yeni işə başlamaq, tərəfdaşlarla ortaq layihəni müzakirə etmək üçün əlverişlidir. Qəfil görüş, xoş sürprizlər istisna deyil. Romantik təmaslar qeyri-adi olacaq. İmiclə eksperimentlər uğurludur. Alış-verişdə paltar, aksessuar, kosmetika da almaq olar.

Balıqlar - yalnız gücünüz çatacaq, imkanlarınızın çərçivəsini keçməyən işlərə başlayın. Belə olarsa, problemlərin öhdəsindən tezliklə gələ bilərsiniz. Problemlərlə qarşılaşanda tanışlar və ya tərəfdaşlara müraciət etmək olar. Birgə fəaliyyət taktikası yetərincə effektivdir.(milli)

Maraqlı     Baxılıb: 3082   Tarix: 28 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

turlar.az

toy gecesi adlarin menasi sade makiyaj sekilleri qadini ehtiraslandiran sozler kecellesme süni qidalar 2026 yay paltarlari kosmetika cinsi əlaqə novruz bayramı haxışta xanim.az bayatı uzeyir