DİQQƏT! Bunları etsəz, vergi ödəyəcəksiz - VİDEO
Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən, otel və aviabiletlərin sifarişi istisna olmaqla digər xidmətlərə görə xaricə edilən ödənişlərə 18 faiz ƏDV tətbiq ediləcək.
Bakipost.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, yanvarın 1-dən qüvvəyə minən qaydalar müxtəlif xarici şirkətlərdən alış-veriş edən şəxslərin narahatlığına səbəb olub. Alıcılar düşünürlər ki, yeni qaydalardan sonra aldıqları hər məhsul onun dəyərinin 18 faizi həcmində daha baha başa gəlir. Amma bu belə deyil.
Azərbaycan Banklar Assosiasiyasının nağdsız ödənişlər qrupunun eksperti Rəhman Əliyev deyir ki, əsas şərt ödəniş vasitəsinin yox, təqdim edilən xidmətin elektron formada olmasıdır.
Vətəndaşlar onlayn ödəniş kanalı vasitəsilə maddi formada əldə edəcəkləri xidmətlər və əşyalar verginin tətbiq dairəsinə daxil deyil. Başqa bır ifadəylə xaricdən telefon, televizor və digər avadanlıqları elekton formada sifarış verənlər əlavə dəyər vergisi ödəməyəcək. İnternetdən müxtəlif oyunlar, proqramlar yükləyən, mərc və lotoreya oyunlarında iştiak edənlər və digər elektron xidmətlərdən yararlananlar yeni vergini ödəməli olacaq. Səhiyyə və təhsillə bağlı elektron xidmətlərdən isə ƏDV tutulmayacaq.
Vətəndaşlardan ƏDV əməliyyatın aparıldığı bank tərəfindən tutulacaq.
Onu da qeyd edək ki, pul köçürmələri elektron xidmət növünə aid edilsə də, 18 faizlik vergi bu sahəyə şamil edilməyəcək.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Kəpəyi yox edən təbii üsullar
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Burak Özçivit Daşkənddə səhnəyə çıxacaq - Biletlər tükəndi
Gözlərinizi ovuşdurarkən bir daha düşünün
Qabığında elə faydası var ki
Çinarədən yeni mahnı - AUDİO