Diqqət! Güclü küləklə bağlı sakinlərə müraciət edildi
Ötən gecədən başlayaraq müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) şəhər yollarında ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb.
BNA-dan Xanim.az-a verilən məlumata görə, küləyin təsirindən yarana biləcək xoşagəlməz halların vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Bu məqsədlə Agentliyin mobil qurupları yol nişanları və avtobus dayanacaq pavilyonlarına baxış keçirir.
Bu cür hava şəraitinin davam etdiyini nəzərə alaraq sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edilir.
Sürücülərə isə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.
f Paylaş








Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Mühafizəçi Kirkorovun lehinə olan qərara etiraz etdi
Etiraf edirəm ki, çox darıxıram
Xərçəngə tutulan blogerin ev dustaqlığı ləğv edildi
Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər
Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
Ataların qida rejimi hamiləliyə təsir edir - YENİ ARAŞDIRMA