DİQQƏT: Kredit borcu olan Deputat və İCRA başçıları - SİYAHI

DİQQƏT: Kredit borcu olan Deputat və İCRA başçıları - SİYAHIXəbər verdiyimiz kimi, prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda 10 min dollara qədər olan kreditlərin problemləri həll edildi.
Banklara dollarla, eyni zamanda manatla krediti olanlar təkcə sadə insanlar deyil, onların arasında tanınmışlar da var. Bəs Azərbaycanda tanınmışlardan kimlər banka kredit ödəyirlər və kimlərin gecikmiş krediti var?

Xanim.az "Bizimyol.info"ya istinadən millət vəkillərinin və ictimai şəxslərin bu suala cavablarını təqdim edir:

Millət vəkili Fəzail İbrahimli: "Bir neçə dəfə kredit götürmüşəm, vaxtında da qaytarmışam. Dollar krediti olmayıb, manatla olub onu da vaxtında qaytarmışam".

Deputat, komitə sədri Aqiyə Naxçıvanlı: "Heç vaxt banka müraciət etməmişik, nə özüm nə dəki ailəm müraciət etməyib. Banka pul qoymuşuq, ancaq bankdan pul götürməmişik".

Deputat Cavid Osmanov: "Bəli manatla da olub, dollarla da olub götürmüşəm vaxtında da qaytarmışam.Mən biznesmen deyiləm. Ona görə də o qədər də böyük məbləğ olmayıb".

Keçmiş Təhsil naziri, hazırda AMEA-nın Fizika və Riyaziyyat İnstitunun direktoru Misir Mərdanov: "İndiyə qədər heç bir bankın qapısını da tanımıram. Heç vaxt kredit götürməmişəm. Övladlarım da kredit götürməyib. Bəlkə ehtiyacım olub, ancaq götürməmişəm".

Deputat Fəzail Ağamalı: "Mən özüm heç vaxt kredit götürməmişəm, hazırda da yoxdur. Övladım götürüb, ikinci oğlum sahibkarlıqla məşğuldur, o, manatla kredit götürüb. Onun da qaytarmasında böyük problemlər olub. Hazırda da davam edir, ancaq indi oğlum işləyir, çalışıb ödəyir".

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev: "Mən heç vaxt kredit götürməmişəm. Övladlarım da kredit götürməyib. Hazırda elə bu sərəncama uyğun olaraq görüşlər keçiririk, amma mənim özüm heç vaxt kredit götüməmişəm".

Baş nazirin keçmiş müavini, xalq yazçısı Elçin Əfəndiyev: "Biz heç vaxt banka müraciət etməmişik. Mənim övladlarım da edib, ya-yox bilmirəm. Buna baxmayaraq, bu sərəncamı çox alqışlayıram. Bu elə-belə məsələ deyildi, şükürlər olsun ki, həllini tapdı. Mən müraciət etməsəm də, mənim xalam oğlu, dayım oğlu müraciət edib. Onlar da vaxtında ödəyib".

Xəbərlər     Baxılıb: 1307   Tarix: 02 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?

Ənənəvi Çin təbabəti və Hindistanın Ayurveda mənbələrində isti və ya ilıq su içməyin sağlamlığa faydalı olduğu min illərdir müdafiə edilir.  xəbər verir ki, Çin təbabətinin əsas inanclarından biri enerjinin bədəndə dövr etməs

.

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

Yemək zamanı su içməyin sağlam insanlarda həzmi asanlaşdırdığı bildirilsə də, reflüks xəstələrində mədə daxili təzyiqi artıra biləcəyi ilə bağlı xəbərdarlıq edilib.  xəbər verir ki, xalq arasında yayılmış "yeməklə s

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur

Axşam yeməyində nə yediyiniz qədər, onu hansı saat aralığında istehlak etdiyiniz də böyük önəm daşıyır. Şam yeməyinin vaxtı qidaların bədənimizə göstərdiyi sağlamlıq təsirlərini müəyyən edir. Mütəxəssislər ideal saat aralıqların

.

Tez-tez istehlak edirik amma çox təhlükəlidir - Xəbərdarlıq

Gündəlik həyatımızda bir çox qida və içki qəbul edirik. Bəziləri sağlamlığımız üçün faydalı olsa da, digərləri zərərli təsirləri ilə seçilir. xəbər verir ki, mütəxəssislər gündəlik olaraq tez-tez istehlak edilən emal olunmu

.

Çay və qəhvə ilə dərman içmək niyə olmaz?

Dərman vasitələrini çay, qəhvə və ya qazlı içkilərlə qəbul etmək tövsiyə edilmir. Çünki bu içkilər preparatların təsirinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov bildirib ki, dərman qəbu

.

Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR

Xorultu bir çox insanın qarşılaşdığı narahat edici problemlərdən biridir.  xəbər verir ki, bu hal təkcə yuxu keyfiyyətini aşağı salmır, həm də ailə üzvlərinin rahatlığını poza bilir. Mütəxəssislər bildirir ki, bəzi məhsulları

.

Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı

Son araşdırmalar göstərir ki, gündəlik limonlu çay içmək sağlamlığa ciddi faydalar gətirir və ömrü uzada bilər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, limon C vitamini və flavonoidlər baxımından zəngin bir meyvədir

.

Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR

Hazır yeməklərə əlavə duz qatmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, artıq duz istifadəsi ürək-damar sisteminə ciddi ziyan vurur. Gündəlik ehtiyacdan artıq du

turlar.az

geymler 2026 gozel gorunmek kosmetoloq kecellesme geyimlər bayatilar encir murebbesi kosmetika bürcler tərəzi bürcü maraqli hakistalar lakonizm ikizler