DİQQƏT! Pensiya alanlara BƏD XƏBƏR

DİQQƏT! Pensiya alanlara BƏD XƏBƏRPensiyaların baza hissəsi ləğv olunur

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə pensiya islahatına dair parlamentə təqdim edilmiş yeni təkliflər paketinin məğzini açıqlayıb.

Qadinsaytı.az-ın Virtualaz.org-a istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, "Əmək pensiyaları haqqında" qanun layihəsinə təklif edilən yeni düzəlişlərə fevralın 3-də Milli Məclisin müvafiq komitəsində baxılacaq. "Bu layihə pensiya sistemində islahatlar Konsepsiyasına əsaslanır"-nazir bildirib.

Səlim Müslümovun bildirdiyinə görə dəyişikliklər pensiyaların minimal ölçüsünün tətbiq edilməsini nəzərdə tutur. "Biz qanuna yeni element daxil edirik-minimal pensiya məbləği. Əgər pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin olunacaq. Əks halda iş stajına baxılacaq. Əgər işçinin 25 illik iş stajı varsa biz sistemin vəsaitləri hesabına ona minimal pensiya təyin edəcəyik"-Səlim Müslümov bildirib.

Nazirin açıqladığına görə əsas dəyişikliklərdən biri də "pensiyaların baza hissəsi" anlayışının ləğv edilməsidir. S.Müslümov qeyd edib ki, nəticədə pensiya sistemi tamamilə sığorta prinsipinə keçəcək. "Pensiyalar ancaq işçinin fərdi hesabında yığılmış vəsaitlərdən çıxış edərək təyin olunacaq"-nazir deyib.

Hazırda Azərbaycanda əmək pensiyası iki hissədən ibarətdir-baza və sığorta hissəsi. Baza hissəsi 110 manatdır və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Yeni dəyişikliklər qüvvəyə minəndən sonra isə dövlət pensiyaçılara büdcədən ödəmələri dayandırmış olacaq, yəni pensiyalar işçinin sığorta hesabında yığılmış vəsaitdən ödəniləcək.

Belə çıxır ki, sığorta hesabında kifayət qədər vəsait olmayanlar gələcəkdə daha az pensiya alacaqlar, yaxud ümumiyyətlə ala bilməyəcəklər. Əslində pensiyaların baza hissəsindən imtina edilməsi 2009-2015-ci illərdə pensiya-sığorta sistemində islahatlara dair Dövlət Proqramında əksini tapmışdı. Həmin proqramda göstərilirdi ki, müəyyən müddətdən sonra sığorta ödəmələri, işçilərin əmək haqlarının leqallaşması, fərdi uçot sistemi üzrə qeydiyyata alınanların sayının artması pensiyaların ödənilməsi üçün dövlət büdcəsindən transfertləri dayandırmağa imkan yaradacaq.

Xəbərlər     Baxılıb: 4560   Tarix: 28 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer"

.

Bunu için, xərçəngdən QORUNUN

Şalğam uzunömürlülüyə kömək edir. xəbər verir ki, diyetoloq və endokrinoloq Marina Lazurenko şalğamın sağlamlıq üçün inanılmaz dərəcədə faydalı, ucuz bir qida olduğunu izah edib. O qeyd edib ki, xüsusilə, kök bitkisi dama

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifad

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

turlar.az

sade makiyaj sekilleri geyim şəkilləri geyim və ayaqqabılar toy ucun dizayn xatire islamin sekilleri yay geyim 2026 otaq dizaynları kosmetika pehriz şebnem tovuzlu novruz hakışdaları arıqla suni mayalanma