Diqqət: Qəhvə ilə konyakı qarışdırmayın
Bir çox insan qəhvəyə konyak əlavə edərək içkinin effektini ikiqat artırır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, cərrah Aleksandr Umnov bu qarışımın ürək və böyrəklərə təsirindən danışıb.
"Belə təhlükəli "kokteyli" daha çox kişilər içir. Təsəvvür edin, 1 içkidə kofein və etanol birləşir. Bu maddələr damarlara fərqli təsir edir.
Nəticədə damar spazmı baş verir, kimin ürəyində tıxanma, damarlarında tromb varsa, miokardın işi pozulur. Eləcə də beyin və böyrəkləri yükləyir, hətta belə içkidən sonra böyrək iflası, insult və infarkt ola bilər.
Qəhvə ilə konyak gənc adamlarda ürək çatışmazlığı, aritmiya, təzyiqin yüksəlməsi, böyrək çatışmazlığı yarada bilər. Nevroloji xəstəliklərdə nevroz və təşviş pozuntusu zamanı da bu içki olmaz.
Bu zaman yuxu pozuntusu, davranış pozulması, psixozlar olur", - Umnov qeyd edib.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi