DİQQƏT: Yeni ana olmuş Xanımlar: Doğuşdan sonra hansı döşlərdə süd...

DİQQƏT: Yeni ana olmuş Xanımlar: Doğuşdan sonra hansı döşlərdə süd...Hər bir qadın fərqli oluğu kimi döşlər və gilələr də formasına, ölçüsünə, rənginə görə qadından qadına fərqli ola bilir.

İstənilən döş istər iri istər kiçik, istər elastiki istər sallaq döşlər körpənin tam ehtiyaclarını ödəyə biləcək miqdarda süd istehsal edir. Gilənin uzun və ya qısalığından, areolanın rəngindən və genişliyindən asılı olmayaraq sağlam analarda əmizdirmə problemləri olmamalıdır.

Müəyyən mənada yastı və ya çevrilmiş gilələr əmizdirmədə cüzi çətinliklər yarada bilək ki, onları da mütəxəssislərlə birlikdə çözmək kifayət qədər mümkündür.

Bir sözlə fiziki görünüşündən asılı olmayaraq dünyada yaşayan 98% qadınlar süd istehsal etmək qabiliyyətindədirlər.

Bütün nikbin statistikaya rəğmən həqiqətən də bəzi qadınlar döşlərində olan patologiya ilə əlaqədar ana südü istehsal etmək qabiliyyətindən məhrumdurlar.

Hipoplaziya – faktiki olaraq yalnız areoladan və gilədən ibarət olan, ifrat dərəcədə kiçik döşlərə malik olan qadınlar hətta düzgün təşkil olunmuş əmizdirmə zamanı südün azlığından əziyyət çəkirlər. Hipoplaziya dedikdə, qadınlarda döş vəzlərinin natamam inkişafı nəzərdə tutulur. Hipoplaziya diaqnozunu əminliklə ultra səs müayinəsi zamanı təyin etmək olar. Həmçinin qadınlarda döşlərin bir-birindən kəskin şəkildə uzaq olması da hipoplaziyanın əlamətlərindən biri ola bilər.

Hipoplaziyası olan ana körpəsinə süd anası tapmaqla və ya donor südü verməklə ana südünün faydalarından yararlana bilərlər. Aşağıdakı şəkildə hipoplaziya təsvir edilmişdir:

Kəskin assimmetriya – Qadınlar arasında bir döşün digərinə nisbətən daha böyük və ya balaca olmasına rast gəlmək normal haldır. Lakin bəzi qadınlarda bu ölçü fərqi kəskin şəkildədir. Nisbətdə kiçik olan döş adətən kifayət qədər süd vəzlərinə malik deyil və bu səbəbdən həmin döşlərdə daha az süd istehsalı müşahidə olunur. Lakin hətta bu halda analar hər iki döşlə əmizdirməyi davam edə bilərlər.

Bəzən daha sağlam olan döş hər iki döşün vəzifəsini öz üzərinə götürərək kifayət edəcək miqdarda süd istehsal edir. Eyni prinsip döş xərçəngi nəticəsində bir döşündən məhrum olmuş qadınlara da özünü göstərir. Bu o deməkdir ki, "tələb və təklif"dən asılı olaraq, bədən bir döşün vasitəsilə körpənin ana südünə olan bütün ehtiyaclarını təmin etməyə çalışır.

Saglamolun.az

Xəbərlər     Baxılıb: 3008   Tarix: 18 fevral 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

makiyaj etmek qaydalari hamiləlik geyim necə seçməli geyim kombinasiyalari kısa saç düzümləri artiq cekiden azad olmaq hamilə qadın kosmetika dolça qurd ve quzu məsəllər aybawi sanama