DİQQƏTLİ OLUN: Qaraciyər xərçənginin ƏLAMƏTLƏRİ bunlardır

DİQQƏTLİ OLUN: Qaraciyər xərçənginin ƏLAMƏTLƏRİ bunlardırQaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır. Hesablamalara görə, qaraciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir. Ona görə də qaraciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. Qaraciyərin fəaliyyətinin pozulması bir çox hallarda ciddi problemlərə səbəb ola bilər. Buna görə də təbiət onun etibarlı müdafiəsinin də qayğısına qalıb. Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qaraciyər kimi regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil. Bu orqanın ¾ hissəsini xaric etdikdən sonra, bir neçə həftə ərzində özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir. Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi təsiri nəticəsində o, özünü bərpa etmək funksiyasının öhdəsindən gələ bilmir. Bu halda qaraciyərin müxtəlif xəstəlikləri inkişaf etmiş olur. O xəstəliklər arasında ən çox yayılanları hepatitlər, qaraciyər piylənməsi, sirrozu və xərçəngidir.

Qaraciyər xərçəngi son illər bütün dünyada artmaqdadır. Bu, xərçəng səbəbi ilə ölümlərin içərisində üçüncü yerdə dayanır. Bəs bu xəstəliyin risk faktorları, əlamətləri hansılardır? Milli.Az xəbər verir ki, terapevt-qastroenteroloq Mətanət Cəfərova ailem.az-a açıqlamasında bildirib ki, qaraciyər xərçəngi yaşlılarda cavanlara nisbətən, kişilərdə isə qadınlara nisbətən daha çox rast gəlinir. Həkim deyir ki, xəstəliyin əlamətləri arasında səbəbsiz arıqlamaq, iştahasızlıq, çox az yeməkdən sonra belə, toxluq və şişkinlik hissi ilk yerlərdədir: "Özünü xəstə kimi hiss etmək, qarında rahatsızlıq və ya ağrı, səbəbsiz bel ağrısı və qan azlığı, şişkin bir qarın, dərinin saralması, qaşınma, xroniki Hepatiti və ya sirrozu olan xəstənin birdən-birə pisləşməsi, yüksək qızdırma və tərləmə də qaraciyər xərçənginin əlamətləri sırasındadır. Bu əlamətlərdən hər hansı biri varsa, həmin şəxs mütləq həkimə müraciət etməlidir. Ancaq bir şeyi unutmaq olmaz. Xəstəlik bəzən əlamətsiz də başlaya bilər. Ona görə də əgər hər hansı bir qaraciyər xəstəliyiniz varsa, 6 aydan bir müayinə olunmağınız məsləhətdir. Bu, xüsusi ilə ailəsində qaraciyər xərçəngi olan Hepatit B daşıyıcılarına aiddir".

M.Cəfərova xəstəliyin risk faktorlarını belə təsnifatlandırıb:

- Qaraciyər serrozu (böyüklərdə ən çox hepatit B və C ilə əlaqəli, uşaqlarda hemaxromatozla əlaqəli)

- Anabolik streaoidlərin qəbulu

- Ailəsində qaraciyər xərçəngi olanlar

- Aktiv qaraciyər xəstəliyi ( məsələn yüksək HBV-DNT)

- Əlavə olaraq piylənmə, diabet, aflatoksin, androgen, oral kontraseptivlər, alkoqol və siqaret də riski artıran faktorlardır.

Həkim onu da qeyd edib ki, Amerika Qastroenterologiya Birliyinin rəsmi klinik jurnalında nəşr olunan yeni araşdırma qəhvənin qaraciyər xərçəngi riskini azaltdığını müəyyənləşdirib. Araşdırmanın nəticəsinə görə, gündə üç stəkan qəhvə içmək qaraciyər xərçənginə tutulma riskini yüzdə 50 faiz azaldır.
milli.az

Sağlamlıq     Baxılıb: 2076   Tarix: 23 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan