Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəlif marka və saysız sayda rəng çalarları vardır.
Lakin boyalardan uzun zaman istifadə etdikdən sonra, bir çox xanımlar dırnaqlarının  pisləşməsini müşahidə edirlər. Zamanla dırnaqlar zəif, rəngsiz və tez qırılmağa meyilli olurlar. Bəs, hər həftə istifadə etdiyimiz bu boyaların tərkib hissəsindən xəbərdarsınızmı?
Milli.Az saglamolun.az-a istinadla bildirir ki, boya aldıqda çalışın onun tərkib hissəsi haqda məlumatı oxuyasınız. Yadda saxlayın, boyalarda ən təhlükəli maddələr - toluol, formaldeqid və ftalatlardır. Bunlar orqanizmdə toplanan və çıxarılması mümkün olmayan toksik maddələrdir.
Formaldeqidlər - boyaya kəskin spesifik qoxu verən maddələrdir ki, onları uzun zaman qoxladıqda baş ağrısı, ürəklə əlaqədi problemlər və sinir pozğunluqları yarana bilir. Bundan əlavə onlar dırnaqların həddən artıq qurudulmasına səbəb olub, nəticədə dırnaqları  zəif və tezsınan edir.
Toluol - bu maddə, boyanın tez qurumasını və dırnaqda yaxşı saxlanılmasını təmin edir. Lakin bu çox güclü konserogen maddədir. Həmçinin bir çox ucuz və keyfiyyətsiz boyaların tərkibində çox miqdarda spirt və aseton olur ki, onlar dırnaqların qurumasına səbəb olurlar.
Bu məqalədən belə nəticəyə gələ bilərsizni ki, boyalardan istifadə orqanizm üçün ziyandır. Təibi ki bu belədir, lakin, artıq satışda "toluolsuz" boyalar da vardır. Çalışın belə boyalardan istifadə edin və ən əsası isə zamanla dırnaqlarınıza istirahət verin. Müxtəlif qoruyucu və qidalandırıcı rəngsiz boyalar vardır ki, onlar  vitamin və minerallarla zəngin olub, dırnaqların profilaktik müalicısi üçün istifadə edilir.
Həmçinin dırnaqlarınız üçün müxtəlif  tərkibli  vannalar da çox xeyirlidir. Sizə bir neçə resept təqdim ediri:
Dəniz duzlu möhkəmləndirici vanna.
1 x/q dəniz duzu  və 1 stəkan ilıq suyu qarışdırıb, əllərinizi bu suda 10 dəqiqə saxladıqdan sonra, qurulayıb, qidalandırıcı krem sürtməniz məsləhət görülür.(dəniz duzu yoxdursa, adı xörək duzu da istifadə etmək olar)
Yağlı vanna.
1/2 stəkan bitki yağı və 1/2 alma sirkəsini qarışdırıb(yağı biraz qızdırmanız məsləhət görülür), 15 dəqiqə saxladıqda sonra salfet və ya yumuşaq dəsmalla qurulayın.
Vitaminli vanna.
1/4 stəkan günəbaxan yağı, 5-6 damcı A vitamini, 3 damcı yodu qarışdırın. Bu vanna da əlləri 20-25 dəqiqə saxlayın sonra eyni qaydada qurulayın. Belə vannanı həftədə 2 dəfə qəbul etdikdə, dırnaq və əl dərisi  lazımı vitamini alacaq.
Milli.Az

Xəbərlər     Baxılıb: 1933   Tarix: 06 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

turlar.az

qadin sayti makiyaj instagram toy gecesi qadın parfumeriya kecellesme kabab reseptləri 2026 burcler kosmetika tapmacalar novruza aid hakista itburnu bayati ariqla