Dırnaqlarda ağ ləkələrin səbəbləri

Dırnaqlarda ağ ləkələrin səbəbləriTibdə dırnaqlarda ağ ləkələrin olması leykonixiya ("leuko" - ağ, "onychos" - dırnaq) adlandırılır.
Əgər belə ağ ləkələr tək-tək və nadir hallarda əmələ gəlir və bir müddətdən sonra yox olursa, bu narahatçılıq üçün səbəb yaratmır. Lakin ağ ləkələr dırnaqlarda həddən artıq çoxdursa, uzun müddət ərzində qalır və keçmirsə, bu orqanizmdə olan hər hansı pozulmanın simptomu ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır.
- Əksər hallarda dırnaqlarda ağ ləkələrin səbəbi orqanizmdə bəzi vitaminlərin (A, E) və mineralların (sink, dəmir, kalsium) çatışmazlığıdır (hipovitaminoz). Bu problemi həll etmək üçün sağlam və tamdəyərli qidalanmaq lazımdır. Qidalanmanızda daim ət və süd məhsulları, təzə meyvə-tərəvəz, qoz-fındıq olmalıdır. Hipovitaminozun digər ciddi əlamətləri (daim yorğunluq, beyin fəaliyyətinin zəifləməsi, dərinin, saçların, dırnaqların vəziyyətinin pisləşməsi və s.) meydana çıxdıqda vitamin-mineral komplekslərin qəbulu tələb oluna bilər. Belə kompleksləri yalnız həkim müayinədən sonra təyin etməlidir.
- Digər yayılmış səbəb göbələk infeksiyasıdır. Bu infeksiya gec və uzun müddət ərzində gizli şəkildə inkişaf edə bilər. Əvvəl dirnaq saralır, üzərində ləkələr əməl gəlir, dırnaq qalınlaşır, ovulur. Göbələk asanlıqla bir dırnaqdan digərinə keçir.
- Orqanizmdə zülalın çatışmazlığı zamanı da dırnaqlarda ağ ləkələr əmələ gələ bilər. Onları sayı nə qədər çoxdursa, pozulma da bir o qədər ciddidir.
Belə ləkələr uzun müddət ərzində zülalsız pəhrizlərdə oturan, tamdəyərli qidalanmayan  insanlarda əmələ gələ bilər. Qidalanmanıza zülallarla zəngin olan qidaları (ət, süd məhsulları, yumurta) daxil edin. Bir müddətdən sonra vəziyyət dəyişilməlidir. Əks halda həkimə müraciət edin - bu orqanizmdə zülalların mübadiləsinin pozulmasından xəbər verə bilər. Bu pozulma isə qara ciyər xəstəliklərinin fonunda inkişaf edə bilər.
- Anemiya (qanazlığı) zamanı dırnaqlarda ağ ləkələr əmələ gələ bilər.
- Böyrək xəstəlikləri zamanı da dırnaqlarda ağ nöqtələr və zolaqlar əmələ gələ bilər.
- Həzm sistemi xəstəlikləri və pozulmları zamanı (xüsusilə nazik bağırsaq xəstəlikləri zamanı) orqanizmə daxil olan qidalı maddələr pis mənimsənilir ki, nəticədə bu ilk növbədə dırnaqların, dərinin, saçların vəziyyətinə mənfi təsir edir.
- Güclü və ya xroniki stress dırnaqlarda ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.
- Qan dövranı pozulmaları zamanı toxumaların qidalanması pozulur ki, bunun nəticəsində də dırnaqlarda ağ ləkələr əmələ gələ bilər.
- Uşaqların dırnaqlarında ağ ləkələrin əmələ gəlməsinin səbəbi adətən vitamin və ya mineralların çatışmazlığı və disbakteriozdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 3750   Tarix: 04 dekabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

kosmetika mehsullari donlar 2026 makiyaj instagram terevezler toyluq donlar 2026 aybaşı 2026 hicab kosmetika qoğalın nağlı itburnu ziyafet geyimleri novruz hakista atalar sözləri