Dişiniz ağrıyarsa, məlhəmi özünüz hazırlayın

Dişiniz ağrıyarsa, məlhəmi özünüz hazırlayınDiş ağrısı bir çox səbəbə görə baş verə bilər. Diş ətinin qıcıqlanması nəticəsində yarana bilən kiçik diş ağrıları bir müddət sonra öz-özünə keçə bilir. Bəzi ağız və diş problemlərindən qaynaqlanan şiddətli diş ağrılarında (dişin mərkəzində bakterial infeksiya nəticəsində yaranan diş absesi, diş əti infeksiyası və s.) isə vaxt itirmədən diş həkiminə müraciət etmək lazımdır. Xüsusən, gecə saatlarında ağrısı daha da şiddətlənir. Buna səbəb hormonal dəyişikliklərlə əlaqədar damardaxili təzyiqin artması və damar genişlənməsinin baş verməsidir.
Milli.Az Axşam.az-a istinadən ev şəraitində ağrıları azalda biləcək üsulları təqdim edir. Lakin müvəqqəti həllər əvəzinə qalıcı müalicə etməyiniz tövsiyə olunur.
- Duzlu su dişlər arasında yığılan iltihabı aradan qaldırır, dezinfeksiya edir.
- Dişlər arasında qalan qida hissəciklərini fırçalaya bilmədiyiniz məqamlarda diş çöpü ilə təmizləməyə çalışın.
- Əgər diş ağrısı dişin zədələnməsindən qaynaqlanırsa, yanağınızın kənarına soyuq kompres tətbiq edin.
- Hidrogen peroksid (3%) iltihabı və ağrıları azaltmağa kömək edir. Dərmanı su ilə qarışdırıb qarqara edin. Ağzınızda olan suyu udmayın.
Diş ağrısı aradan qaldıran bitkilər:
Mixək yağı: ağrıları və iltihabı azaldan təbii antiseptikdir. Bir pambığa az miqdarda mixək yağı çəkin və ağrılı bölgəyə qoyun. Və ya kiçik bir stəkan suya bir damla mixək yağı əlavə edib ağzınızı yaxşıca yaxalayın.
Vanil ekstraktı: müvəqqəti olaraq ağrıları aradan qaldırır və tərkibindəki antioksidanlar bölgənin sağalmasına kömək edir. Gündə bir neçə dəfə pambıq vasitəsi ilə diş və diş ətinə çəkə bilərsiniz.
Nanə çayı: sakitləşdirici özəlliyi ilə ağrıları aradan qaldırır. Nanə yarpaqlarını qaynadıb bir az soyumasını gözləyin. Bu çayı ağrıyan yerə çəkə bilərsiniz.
Sarımsaq: bir diş sarımsağı əzib ağrı olan bölgəyə qoyun. Sarımsaq bakteriyaları öldürür və iltihabı aradan qaldırır.
Kəklikotu yağı: güclü antioksidant və antibakterial xüsusiyyətlərə malikdir. Diş ağrısı əlamətlərini aradan qaldırmaq üçün suya bir neçə damcı kəklikotu yağı əlavə edib qarqara edə bilərsiniz. Bu yağı bir neçə damcı təmiz su ilə qatıb pambıqla zədələnmiş bölgəyə tətbiq etmək də olar.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1771   Tarix: 15 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim seçimi həkim məsləhəti geymler 2026 ancelina colinin sekilleri vannalar qarasin qizlar ucun makiyaj bilik haqqinda atalar sozu kosmetika gəncə hüzeyir hacibəyov yemek reseptleri prostat sağlıq