Dişlərə qulluq

Dişlərə qulluqDünya əhalisinin cəmi 10%-i sağlam diş əti və möhkəm dişlərlə öyünə bilər. Bu bəxtəvərlərin cərgəsinə necə düşmək olar?

1. Düzgün qidalanın

Yediyimiz nə varsa, dişlərin və diş ətinin sağlamlığına birbaşa təsir edir. Ağ çörək və yağlı xəmirdən hazırlanmış yumşaq və özlü qida dişlərin üzərində mikrobların mənbəyinə çevrilən və parodont toxumalarını parçalayan "yapışqan" ərpin əmələ gəlməsinə səbəb olur. Odur ki, yağlı yeməkləri qida rasionundan mümkün qədər xaric etmək lazımdır, xüsusən, ona görə ki, bu, yalnız diş və diş ətinin deyil, bədən biçiminin də xeyrinə olar. Hər dəfə qida qəbul edərkən təzə tərəvəzlərdən istifadə etmək çox yaxşı olardı. Yerkökü, çuğundur, turp, kərəviz gövdəsini çeynəyin – bu, dişləri mexaniki olaraq təmizləyəcək. Diş əti üçün təzə və şirin olmayan meyvələr də faydalıdır. Arzuolunanlar arasında – qabıqlı alma durur. Çox kobud qida ilə isə ehtiyatlı olmaq lazımdır. Belə ki, suşka və ya suxari həm diş minasını, həm də diş ətini zədələyə bilər. Dişləri ilə qoz sındırmağı sevənlər də həmin fəsadlar ilə üzləşə bilərlər.

2. Dişlərinizi möhkəm təmizləyin.

Diş əti problemlərinin əsas səbəblərindən biri – bədnam diş ərpidir. Dişlərinizi müntəzəm şəkildə ondan təmizləyərkən gələcəkdə bir çox problemlərin qarşısını almış olursunuz. Diş səthini tam təmizləmək məqsədi ilə onun hər səthini 20 dəfədən az olmayaraq fırçalamaq lazımdır. Təmizləmə prosesi isə üç dəqiqədən az davam etməməlidir. Düzgün diş fırçasını (müxtəlif bərklik dərəcəli, ideal girdələşdirilmiş qıllar, anatomik cəhətdən yoxlanılmış forması olan) seçmək çox vacibdir.

3. Mikroblara rəvac verməyin.
Əksər hallarda diş ətinin iki xəstəliyi ilə üzləşirik – gingivit və parodontit. Gingivit – diş ətinin iltihabıdır. Vaxtında müalicə olunmadıqda o, tədricən parodontitə, yəni dişi əhatə edən bütün toxumaların iltihabına çevrilir.

İltihabın ilk əlamətlərindən olan diş ətinin qanaması yaranan kimi vaxtı itirmədən dərhal mübarizəyə başlamaq lazımdır.

Diş məcununun tərkibində xlorheksidin olması yalnız bakteriyaları deyil, herpes virusu, göbələk infeksiyasını yatırdır, ağrıkəsici təsir göstərir. Alüminium laktat diş ətinin qanaması və boşalmasını aradan qaldırır, onu iltihabdan qoruyur və bərkidir. Bu komponentlərin birləşməsi ərpin effektiv və üsullu ləğv edilməsinə səbəb olur. Bu zaman mikrobların yığıntısı məhv olur. Beləliklə, həm gingivit, həm stomatit, həm də parodontitin qarşısı alınmış olur. Adətən, məcunun müalicəvi effekti birinci istifadədən sonra dərhal hiss olunur. Tam kurs isə cəmi 7-10 gün təşkil edir. Bundan başqa, yaxalayıcı maddələr ilə mikrobəleyhinə qarqaralar etmək də çox faydalıdır. Onların tərkibində xlorheksidin olduğundan yaxşı antibakterial təsirə malikdir. Bu yaxalayıcı maddələr diş ərpinin qarşısını effektiv şəkildə alır. Onların tərkibinə daxil olan nanə yağının ətri isə nəfəsi təravətləndirir.

4. Hissiyyata nəzarət edin.

Ağız boşluğunun daha bir xoşagəlməz xəstəliyi – yüksək həssaslıqdır. Bəzi qıcıqlandırıcılara qarşı sağlam dişlərin ağrıması dişlərin hiperhəssaslığı deməkdir:

Kimyəvi (turş, şirin, duzlu)

Temperatur (soyuq və isti qida, soyuq hava)

Mexaniki (dişlərin diş fırçası, diş çöpü ilə təmizlənməsi).

Hiperhəssaslığın səbəbi dişlərin bərk toxumalarının demineralizasiyasıdır (mikroelementlər, o cümlədən kalsium çatışmazlığı). Adətən, belə reaksiya diş boynunun çılpaqlaşması zamanı yaranır, çünki dişin çeynəmə səthindən fərqli olaraq diş boynu daha nazik mina qatı ilə örtülmüşdür. Diş boynu və köklərinin çılpaqlaşması (parodontitin nəticəsi olaraq), dişlərin əzilməsi (minanın qopması), pazşəkilli qüsur, dişlərin yaşla əlaqədar yeyilməsi, kariyes, hamiləlik və pasiyentin yüksək psixoemosional vəziyyəti (belə ki, bütün insanlarda ağrı hissiyyatının həddi müxtəlifdir – tez qıcıqlanan pasiyentlərdə ağrı daha güclü qavranılır, nəinki sakit insanlarda). Ağrı hissiyyatını tez aradan qaldırmaq və diş ətinin iltihabını azaltmaqda alüminium laktat tərkibli və ftor ilə zəngin olan diş məcunu kömək edə bilər. Onların tərkibinə diş minasını bərkidən unikal olaflur komponenti daxildir. Bu tərkibin sayəsində diş məcunu isti, soyuq, şirin və ya turş qıcıqlandırıcıların xoşagəlməz təsirini azaldır. O, həmçinin açıq diş boyunlarını qoruyur, onları boyunətrafı kariyesdən mühafizə edir, diş ətini canlandırır, iltihab və qanamanın qarşısını alır. Yeri gəlmişkən, belə məcunu yeniyetmələr və hamilə qadınlar da istifadə edə bilər axı məhz bu dövrlərdə orqanizmdə kalsium çatışmazlığı hiss olunur və diş minası nazilir. Bu məcun, həmçinin minanın peşəkar ağardılmasından sonra da istifadə edilir.

5. Təhlükəsiz ağardılmanı seçin.

25 yaşa çatanda dişlərinin əzəli bəyazlığı ilə az adam öyünə bilər. Bununla belə, hamı təbəssümünü ağappaq etməyə çalışır. Buna nail olmağın ən mühafizəkar üsulu – dişlərin ağardıcı məcun ilə təmizlənməsidir. Effekt ani olmasa da, etibarlıdır.
Diş ərpi siqaret çəkmək və ya qəhvə içməkdən yaranmışdırsa xüsusi diş məcunundan istifadə etmək daha yararlıdır. O, bakterial ərpi effektiv şəkildə aradan qaldırır, dişləri kariyesdən qoruyur və diş minasını minerallaşdıraraq, siqaret çəkmə, çay və ya qəhvə içən zaman dişlərin qaralması prosesini ləngidir.
Stomatoloqlar yekdilliklə təsdiq edir ki, diş sağlamlığı 90% düzgün qulluq ilə təmin olunur. Razılaşın ki, ağız boşluğunun düzgün və vaxtında aparılan gigiyenası stomatoloqun alətindən daha yaxşıdır. Dişlərinizə maksimum dərəcədə qayğı göstərin. Onlar isə "minnətdarlığını" sağlamlıq və bəyazlıq ilə təzahür edəcək.

Sağlamlıq     Baxılıb: 4181   Tarix: 27 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

hamiləlik hamilelikde qidalanma geymler 2026 pilinqin hazirlanmasi yay donları seks pozasi silikon dodaq kosmetika balıq suni mayalanma ziyafet geyimleri ağır itki yemek reseptleri