Dişlərin ev şəraitində ağardılması. 6 ƏN YAXŞI ÜSUL

Dişlərin ev şəraitində ağardılması. 6 ƏN YAXŞI ÜSULBəzi təbii vasitələrin köməyi ilə dişləri ev şəraitində ağartmaq mümkündür.
Nəzərinizə çatdıraq ki, bəzi sadaladığımız vasitələrdən btez-tez istifadə etmək olmaz, bu diş emalının zədələnməsinə səbəb ola bilər. Dişləriniz çox həssasdırsa, daha diqqətli olmalısınız.
1. Duz
Diş fırçasını narın duza batırıb dişlərinizi fırçalayın. Bunu həftədə 1 dəfədən artıq etmək olmaz. Digər üsul - diş fırçasına bir qədər diş məcunu sıxın, üzərinə duz tökün və dişlərinizi fırçalayın.
2. Banan qabığı
Banan qabığının içi ilə dişlərinizi yaxşı sürtün, 10 dəqiqə gözləyin və sonra adi qaydada diş məcunu ilə təmizləyin. Bu üsul diş emalına, təbii ki, mənfi təsir etmir.
3. Soda
Soda ən yaxşı ağırdıcı vasitədir. Diş fırçasına az miqdarda diş məcununu sıxın, sodaya batırın (2-3 damcı limon şirəsi də sıxa bilərsiniz) və dişlərinizi yaxşı təmizləyin. Bu üsuldan tez-tez istifadə etməyin - diş emalı zədələnə bilər. Bu üsuldan həftədə 1 dəfə istifadə etmək olar.
4. Hidrogen peroksidi + soda
Bu ən effektli üsuldur. Lakin ehtiyatlı olmaq lazımdır. 1 çay qaşığı sodanı az miqdarda 3%-li hidrogen peroksidi ilə qarışdırın (pasta kimi alınmalıdır) və dişlərinizi 3 dəqiqə ərzində yaxşı təmizləyin.  Daha sonra ağzınızı yaxşı yaxalayın. Bu üsuldan həftədə 1 dəfə istifadə edin.
5. Çay ağacı yağı
Çay ağacı dişləri ağardır və həmçinin damaqları möhkəmləndirir, ağız boşluğuna antiseptik təsir edir, ağızdan gələn pis qoxunu yox edir. Bu üsul dişlərə heç bir mənfi təsir etmir.
Dişlərinizi adi qaydada diş məcunu ilə yaxşı təmizləyin, sonra fırçanı yuyun və üzərinə 3 daçcı çay ağacı yağı əlavə edib dişlərinizi yenidən təmizləyin.
Bunu gündə 1 dəfə 1 ay ərzində etmək lazımdır.
6. Limon və limon şirəsi
Limon həm dişləri ağardır, həm də damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Diş fırçasına diş məcunu sıxın, üzərinə 2-3 damcı limon şirəsi əlavə edin və dişlərinizi yaxşı təmizləyin. Daha sonra ağzınızı yaxşı yaxalayın.
Bir dilim limon götürüb dişlərinizə və damaqlarınıza sürtün və daha sonra ağzınızı yaxşı yaxalayın.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 976   Tarix: 11 yanvar 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

turlar.az

maskalar sac duzumleri sade makiyaj sekilleri geyim şəkilləri donlar 2026 yay terxun kompotu xına bayatıları kosmetika irem derici sekisler yemekler novruz bayramına aid hakışda vetene aid atalar sozu