Diyetoloq: Tərəziyə hər gün yox, həftədə bir dəfə çıxmaq daha doğrudur

Diyetoloq: Tərəziyə hər gün yox, həftədə bir dəfə çıxmaq daha doğrudurDanimarkanın Orhus Universitetinin diyetoloqu Sandra Vigelene bədən çəkisinin düzgün qiymətləndirilməsi ilə bağlı vacib tövsiyə verib. Onun sözlərinə görə, çəki ölçmək üçün hər gün tərəziyə çıxmaq doğru yanaşma deyil. Əvəzində, çəkini həftədə bir dəfə, eyni gün və eyni vaxtda ölçmək daha dəqiq nəticə verir.
Milli.Az xəbər verir ki, mütəxəssis qeyd edib ki, gündəlik çəkidəki dəyişikliklər adətən yağ itkisi ilə bağlı olmur. İnsan bədənində su balansı gün ərzində nəfəs alma, tərləmə və digər təbii proseslər nəticəsində dəyişir. Bu isə tərəzidə görünən rəqəmlərin oynaq olmasına səbəb olur. Xüsusilə gecələr, isti havalarda və ya fiziki fəaliyyət zamanı orqanizmin maye itirməsi səhər çəkisinin daha az görünməsinə gətirib çıxarır. Lakin bu, bədəndəki yağın əriməsi anlamına gəlmir.
Diyetoloq bildirib ki, bədən çəkisinin real göstəricisini almaq üçün tərəzi üzərinə səhər saatlarında, acqarına, yüngül geyimdə və hər dəfə eyni şəraitdə çıxmaq tövsiyə olunur. Çəkidə baş verən kiçik gündəlik fərqlərə deyil, uzunmüddətli dəyişikliklərə diqqət yetirmək daha sağlam yanaşmadır.
Sandra Vigelenenin fikrincə, insanlar çəkilərindəki qısa müddətli dəyişiklikləri ciddi qəbul etdikdə bu, onları əsassız narahatlığa sala və motivasiyanı azalda bilər. Ona görə də sağlamlıq məqsədi ilə aparılan çəki nəzarətində əsas hədəf davamlı və obyektiv müşahidə olmalıdır.
Asya
Milli.Az

Xəbərlər     Baxılıb: 1284   Tarix: 12 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim necə seçməli toy gecesi sade makiyaj sekilleri yay donlari 2026 pehriz salatlar xiyar tursusu nece hazirlanir spiral kokeldirmi kosmetika burclerin uygunlugu tanisliq bayatılar cinsi elaqe novruz bayramina aid hakisdalar