Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayış deyil. Kişilər də bu mövzunu diqqətdə saxlamalıdır.
Qadınların çəkici görünməsindəki əsas meyarlardan biri dodaqlardır. Cəlbedici dodaq anlayışı bütün mədəniyyətlərdə eynidir. Dolğun və formalı dodaqlar hər zaman gözəlliyi təyin edən faktorlar arasındadır.
Bəs dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik? 
Beləliklə, bunun üçün bir neçə yolu təqdim edirik: 
Dodaq boyası və parıldadıcıdan əvvəl mütləq nəmləndirici sürtün. Çünki onların nəmlənməsi və yumşalması sonradan tətbiq edəcəyiniz pomada üçün çox vacibdir.
Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?Əgər boyanızın rənginin çox parlaq olmasından narahatsınızsa, əvvəlcə nazik bir qat çəkin. Daha sonra diqqətli hərəkətlərlə pomadanı dodaq səthinə yaymağa çalışın. Yox, əgər dodaqlarınızı daha dolğun görünməsini istəyirsinizsə, bu zaman boyanı iki qat çəkin. Dodaqlarınızın tamamı üçün tünd bir ton, ortası üçün isə daha açıq tonlu rəng seçin. Daha sonra ikisini bir-birinə qarışdırın. Bu dodaqlarınızı daha həcmli görünməsinə şərait yaradacaq.
Dodaqlarınızın mat görünməsini istəyirsiniz? O zaman pomadanızın üstündən nazik şəffaf pudra çəkin və 1 dəqiqə gözləyin. Sonra artıqları fırçalayaraq aradan qaldırın.
Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?İşiniz təcilidir və əlinizdə pomada yoxdur? Pis olmağa dəyməz. Bunun üçün göz teni ilə bir az vazelini qarışdırın. Barmaqlarınızla dodaqlarınıza çəkin. Nəticədən çox məmnun qalacaqsınız.
Dodaq qələminizi pomadanızın rənginə uyğun seçin. Tonların üst-üstə düşdüyünə əmin olun.
Dodaq qələmindən istifadə etməzdən əvvəl salfetlə onun ucunu kütləşdirin. Bu zaman onu dodağa tətbiq etmək daha asan olacaq.
İstifadə etməkdən bezdiyiniz müxtəlif rəngli pomadalarınızı dodaqlarınıza qarışdıraraq çəkin. Bu zaman fərqli və yeni tonlar əldə edəcəksiniz.
Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?Dodaqlarınızı yumşaq və həssas hala gətirmək üçün müntəzəm olaraq fırça ilə yumşaq şəkildə fırçalayın. Bu həm də onların daha dolğun görünməsinə şərait yaradacaq.
Parlaq rəngli pomada və dodaq parıldadıcısından istifadə edərkən diqqətli olun. Onları hansı istiqamətdə çəkdiyinizə fikir verin. Əsasən pomadanı mərkəzdən kənara doğru çəkməyə çalışın. Bu zaman dodaqlarınız daha parlaq və həcmli görünəcək. / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 9248   Tarix: 17 noyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

turlar.az

geyim necə seçməli qis geyimləri 2026 toy makiyaji sekilleri azerbaycan xalq mahnilari adlari pnevmoniya xesteliyi gül buketləri metbex kosmetika qizlar hakista sozler balıq vətənə aid atalar sözləri aydin sani