Doğulacaq körpənin cinsini qabaqcadan sifariş etmək olar?

Doğulacaq körpənin cinsini qabaqcadan sifariş etmək olar?Yaponiyada Xirosima Universitetinin alimləri dölün  cinsiyyətini əvvəlcədən seçmək üçün yeni, çox sadə bir yol tapıblar.
E-tibb.az-ın xəbərinə görə, bu barədə "The Guardian" eksperiment haqqında elmi məqaləyə istinadən məlumat yayıb. Tədqiqatçılar spermanın necə "çeşidlənməsini" öyrəniblər. Hətta yaxın gələcəkdə oğlan uşağının (ya da qızın) doğulma şansını artıran gellər də hazırlana bilər.
İnsan sperması təxminən 50-nin 50-yə nisbətində Y və X xromosomlarının qarışığından ibarətdir. Nəzəri cəhətdən bu, onları bir-birindən ayırmaq və sonra yumurtanı valideynlərin istədiyi cinsiyyətə zəmanət verən sperma ilə dölləndirməyə imkan verir. Ancaq bu cür texnologiyaları yaratmaq üçün edilən bütün cəhdlər bu günə qədər uğursuz olub. Birincisi, onlar olduqca bahalıdır, ikincisi, əksər hallarda DNT-yə ziyan vuracaq səviyyədə yan təsir göstərir.
Buna görə, indiki valideynlər arasında doğulması planlaşdırılan uşağın cinsinə təsir etmə variantları, min il əvvəlkindən daha böyük deyildir. Ancaq hər şey bir qrup yapon aliminin apardığı araşdırmanın nəticələrinə əsasən dəyişə bilər. Yapon alimlərinin apardığı araşdırmaya əsasən, Y xromosomunu daşıyan spermanın bir hissəsini X xromosomunu daşıyan spermanın qalan hissəsindən ayırmaq üçün gözlənilmədən sadə və təsirli bir üsul təsvir olunub.
Bu kəşf bütün bəşəriyyətin inkişafı üçün böyük əhəmiyyət kəsb edə bilər. Əvvəlcə kəşfin kənd təsərrüfatında, yəni heyvanlar üzərində tətbiqi planlaşdırılsa da, müəlliflər bunun insanlar üçün də istifadə edilə biləcəyini etiraf ediblər.
Metod X - və Y-xromosomların fərqinə əsaslanır, hansı ki, gələcək uşağın cinsini müəyyən edə bilir (qadınlarda bu XX, kişilərdə - XY). Təxminən 3 min X xromosom geni arasında alimlər 2 gen reseptoru (TLR7 və TLR8) tapıblar ki, hər iki reseptor bir anda aktivləşdirilsə, spermatozoidin hərəkətinə təsir edə bilir və nəticədə onun idarə olunmasına gətirib çıxarır.
Orta məktəb biologiya dərslərindən hər kəs bilir ki, qadın bir yumurta istehsal edərək yalnız X xromosomunu ehtiva edir. Kişi sperması X və Y xromosomlarını bərabər miqdarda daşıyır. Yumurta X xromosomlu sperma ilə döllənərsə, qız uşağı doğulur. Müvafiq olaraq, oğlan olması üçün Y xromosomu olan spermanın müvəffəq olması lazımdır.
Məlum olur ki, reseptorlar təsirə məruz qaldıqda, spermanın bir hissəsini sanki "ayırmaq" olur. Və buna görə də gələcək nəslin cinsini idarə etmək mümkündür. Bu reseptorları aktivləşdirən maddə isə çoxdan bilinir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 958   Tarix: 05 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari gelinlikler toy ucun maraqli ideyalar toy gecəsi dəridə səpkilər vətən haqqında inşa kosmetika rus dilin nece orenek saglam qidalanma aydin sani tərəzi novruz bayramına aid hakışta