Doğum zamanı alınan travmaların uşağın inkişafına təsiri

Doğum zamanı alınan travmaların uşağın inkişafına təsiriDünyaya sağlam uşaq gətirmək hər bir ananın ən böyük arzusudur. Ancaq bəzən elə hallar olur ki, ananın bu istəyi elə arzu olaraq da qalır.
Normal hamiləlik dövründə hər bir ana hamiləliyini uğurla başa vurmasını istəyir və bunun üçün hamiləliyinə zərər verəcək şeylərdən qorunur. Lakin doğuş zamanı körpə müxtəlif travmalı dünyaya gəlir.
Maşa travması - Doğuş zamanı kəllənin zədələnmələri yumşaq toxumalara qansızma, beyin qişalarının, qan damarlarının və beyni toxumasının travması ilə müşahidə olunur.
Kəllə sümüklərinin sınıqlarına daha az təsadüf olunur. Bu patoloji doğuşlarda maşalardan istifadə zamanı baş verir. Doğuş zamanı uşağın kəlləsinə edilən təzyiq nəticəsində yastı sümüklərlə sümüksüzlüyü arasında qansızma baş verir ki, bu da yumşaq toxumaların aralanmasına səbəb olur. Buna yumşaq toxumların qansızması deyilir. Qansızma çox zaman təpə sümüyü nahiyyəsində, az halda isə ənsə və alın nahiyəsində rast gəlinir. Doğuşdan bir neçə saat və ya gün keçdikdən sonra uşağın kəllə nahiyəsində şişkinlik ortaya çıxır. Onun ölçüsü müxtəlif ola bilər. Şiş yalnız hansı sümüyün üstündə əmələ gəlibsə, orada da olur, heç vaxt qonşu sümüyə keçmir. Dəri üzərindəki şiş ağrısız olur. Qansızma nahiyəsi nəbz kimi vurur. Rentgen müayinəsində kəllə sümüyünün sınığı aydın görünür. Qansızma bəzən beynin sıxılmasına səbəb ola bilər.
Yumşaq toxumalara qansızma adətən fəal cərrahi əməliyyat tələb etmir. Çox vaxt 10-12 gün müddətinə hematoma özü sorulur. Əgər ilk gündən hematoma böyüməyə meyilli olursa, onda sıxıcı sarğı qoymaq lazımdır. Bu dövrdə hematomanı punksiya (iynə vasitəsilə çəkmək) etmək olmaz, çünki bu qanaxmaya səbəb ola bilər ki, bu da yenidoğulmuşun həyatı üçün çox təhlükəlidir. Əgər qansızma çox gec sorulursa, onda 1,5-2 aydan sonra yerində bərkləşmə və kalsium duzları nəticəsində daşlaşma əmələ gəlir. Bu, rentgen müayinəsi zamanı kölgə kimi görünür.
Kəllə beyin zədələnməsi - Patoloji doğuşdan sonra uşaqlar arasında təsadüf olunan travmalardan biri də doğuş kəllə-beyin travmasıdır. Çətin doğuş zamanı beyin damarları və beyin toxuması zədələnə bilər. Əgər bu zaman beyin əzilməsi və qansızma müalicə tələb edirsə, kəllədaxili hematomalar, bəzən isə sınıqlar təcili neyro-cərrahi müdaxilə tələb edir. Doğuş travması nəticəsində baş verən kəllə-beyin travması zamanı çox vaxt beyin toxuması onun qan damarlarını zədələyir.
Xəstələrdə süstük, skelet əzələlərinin hipertoniyası və qarın divarının tonusunun zəifliyi müşahidə olunur. Bəzi körpələrdə ətrafların əsməsi və qıcolmalar baş verir.
Həyatı orqanlar risk altında - Ağır kəllə-beyin travması zamanı həyati vacib orqanların (ürək-qan-damar-tənəffüs sistemi) fəaliyyəti, udma və sorma reflekslərini pozulur. Yenidoğulmuşlarda kəllə-beyin əzilməsində və qansızma zamanı bu əlamətləri aşkar etmək çox çətin olur. Diaqnozun qoyulmasında onurğa beyindən götürülən analizin böyük əhəmiyyəti var. Yenidoğulmuşlarda kəllə-beyin travması konservativ müalicə tələb edir. Sakitlik, başa soyuq kompreslər, yeməyi ancaq qaşıqla yedizdirmək və s.
Əgər xəstədə kəllə sümüklərinin sıxıcı və kəllədaxili hematoma varsa, cərrahi müdaxilə tələb olunur.
Epilepsiya təhlükəsi - Kəllə sümüyünü batmış sınıqları travmanın kəskin dövründə müvəqqəti olaraq beynin funksiyasını pozmaqla bərabər, beyin qişalarında çapığın əmələ gəlməsinə səbəb olur ki, bu da sonradan uşaqda epilepsiya xəstləiyinin meydana çıxmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, beyin uşaqlarda 2 yaşına kimi çox sürətlə inkişaf edir. Ona görə də batmış kəllə sınıqları travmadan 2-3 gün keçən müddətdə əməliyyat edilməlidir. Əməliyyatdan sonra tədricən xəstədə sınıqların təsirindən meydana çıxan bütün fəsadlar aradan qalxır.
Ginekoloq məsləhəti - Doğuş zədələnməsi əsasən dölün böyük, ananın çanağının dar olması nəticəsində doğuş aktı çətin olduqda və ya bu vaxt göstərilən yardımçı köməklər zamanı baş verir. Həmçinin uşaq asfiksiya (boğulma) ilə doğulduqda ilk yardım zamanı da zədələnmələr ortaya çıxır.
Doğuş çətin keçən zaman uşaq mütləq travma alır. Həkim nə qədər peşəkar olsa da çanaq dar, dölün baş ölçüləri böyük olanda doğuş aktı çətin və ya bu vaxt göstərilən yardım uşağın travma alma riski qaçılmaz olur. Buna kəllənin doğuş travmaları deyilir.
Sağrı gəlişi - (yan gəlişi) zamanı uşağa doğuş zədələnmələrindən qorunmaq üçün qeysəriyyə əməliyyatı yolu ilə uşağı bu zədələrdən qorumaq olur.
Rəna Kazımova /news.milli.az

Xəbərlər     Baxılıb: 986   Tarix: 13 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yapışmayan tavalar Avropada qadağan olundu - xəstəlik YAYIR

Avropada insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kimyəvi maddələr kimi tanınan perfloroalkil və polifloroalkil maddələrin (PFAS) bir sıra istehlak məhsullarının istifadəsi bugündən qadağan olunub. xəbər veri

.

Saç tökülməsinin qarşısını necə almaq olar?

Son illər saç tökülməsi problemi həm qadınlar, həm də kişilər arasında daha çox müşahidə olunur. Dermatoloqlar bildirirlər ki, bu halın yaranmasına stress, düzgün qidalanmama, hormonal dəyişikliklər və yanlış saç baxımı səbə

.

Qəhvənin qaraciyər və böyrəklər üçün faydaları – Alimlər nə deyir?

Dünyada ən çox istifadə olunan içkilərdən biri olan qəhvə təkcə enerji verməklə kifayətlənmir, eyni zamanda düzgün miqdarda qəbul edildikdə qaraciyər və böyrəklər üçün faydalı təsirlər göstərə bilir.  xəbər verir ki, so

.

"Mobil telefonlarda olan bakteriyalar unitazdan 18 dəfə çoxdur"

Mütəxəssislərin apardığı araşdırma mobil telefonların sanitar baxımdan ciddi təhlükə mənbəyi olduğunu ortaya qoyub. xəbər verir ki, nəticələrə görə, gündəlik istifadə etdiyimiz mobil telefonların üzərindəki bakteriya say

.

Üzünüzə sürtüb yatın - Səhər qırışlar yox olacaq

Üzüm çəyirdəyi yağı dərini gəncləşdirmək və müxtəlif dermatoloji problemləri aradan qaldırmaq üçün ən effektiv təbii vasitələrdən biri hesab olunur. xəbər verir ki, mütəxəssislər üzüm çəyirdəyindən əldə edilən yağın kollage

.

Arıqladıcı dərmanlar hansı xəstəlikləri yaradır? – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Son illər sürətli çəki atmaq istəyənlərin üstünlük verdiyi arıqladıcı dərmanlar ciddi sağlamlıq riskləri yarada bilər. Mütəxəssislər bildirirlər ki, həkim nəzarəti olmadan qəbul edilən bu preparatlar bir sıra xroniki və təhlükəl

.

Hər gün 1 kasa qatıq yeyin, 1 stəkan da

Tənəffüs yolları infeksiyalarının artdığı bu günlərdə bağırsaq sağlamlığının əhəmiyyəti bir daha vurğulanıb. Mütəxəssislər bu ərəfədə ağartı məhsullarına üstünlük verməyinizi məsləhət görür. xəbər verir ki, hər gün süfrələriniz

.

Bayramdan qalan salatları neçə gün yemək olar? - Bu qədər vaxtdan sonra "zəhər" yayır

Həkim Yeni il süfrəsində təhlükəli qida qarışığını açıqlayıb. xəbər verir ki, rusiyalı qastroenteroloq Yevgeni Belousov bəzi qida kombinasiyalarının həzm sistemi üçün ciddi problem yarada biləcəyini bildirib. Onun sözlərin

.

Güclü qrip yayılır - Həkimlər vətəndaşları xəbərdar edir

Qış aylarında tez-tez müşahidə olunan mövsümi qrip bu il əvvəlki illərə nisbətən daha güclü yayıldığı diqqət çəkir. Son günlər ölkə üzrə halsızlıq, öskürək, qızdırma və boğaz ağrısı kimi əlamətlərlə müraciət edənlərin sayınd

turlar.az

qadın geyimi hamilelikde qidalanma reseptler yuxu yozmalar ekzema xəstəliyi hakışta xınayaxdı almaniya haqqinda melumat kosmetika şəkərbura maskalar turpun nağlı həmidə sac modelleri