Doğum zamanı alınan travmaların uşağın inkişafına təsiri

Doğum zamanı alınan travmaların uşağın inkişafına təsiriDünyaya sağlam uşaq gətirmək hər bir ananın ən böyük arzusudur. Ancaq bəzən elə hallar olur ki, ananın bu istəyi elə arzu olaraq da qalır.
Normal hamiləlik dövründə hər bir ana hamiləliyini uğurla başa vurmasını istəyir və bunun üçün hamiləliyinə zərər verəcək şeylərdən qorunur. Lakin doğuş zamanı körpə müxtəlif travmalı dünyaya gəlir.
Maşa travması - Doğuş zamanı kəllənin zədələnmələri yumşaq toxumalara qansızma, beyin qişalarının, qan damarlarının və beyni toxumasının travması ilə müşahidə olunur.
Kəllə sümüklərinin sınıqlarına daha az təsadüf olunur. Bu patoloji doğuşlarda maşalardan istifadə zamanı baş verir. Doğuş zamanı uşağın kəlləsinə edilən təzyiq nəticəsində yastı sümüklərlə sümüksüzlüyü arasında qansızma baş verir ki, bu da yumşaq toxumaların aralanmasına səbəb olur. Buna yumşaq toxumların qansızması deyilir. Qansızma çox zaman təpə sümüyü nahiyyəsində, az halda isə ənsə və alın nahiyəsində rast gəlinir. Doğuşdan bir neçə saat və ya gün keçdikdən sonra uşağın kəllə nahiyəsində şişkinlik ortaya çıxır. Onun ölçüsü müxtəlif ola bilər. Şiş yalnız hansı sümüyün üstündə əmələ gəlibsə, orada da olur, heç vaxt qonşu sümüyə keçmir. Dəri üzərindəki şiş ağrısız olur. Qansızma nahiyəsi nəbz kimi vurur. Rentgen müayinəsində kəllə sümüyünün sınığı aydın görünür. Qansızma bəzən beynin sıxılmasına səbəb ola bilər.
Yumşaq toxumalara qansızma adətən fəal cərrahi əməliyyat tələb etmir. Çox vaxt 10-12 gün müddətinə hematoma özü sorulur. Əgər ilk gündən hematoma böyüməyə meyilli olursa, onda sıxıcı sarğı qoymaq lazımdır. Bu dövrdə hematomanı punksiya (iynə vasitəsilə çəkmək) etmək olmaz, çünki bu qanaxmaya səbəb ola bilər ki, bu da yenidoğulmuşun həyatı üçün çox təhlükəlidir. Əgər qansızma çox gec sorulursa, onda 1,5-2 aydan sonra yerində bərkləşmə və kalsium duzları nəticəsində daşlaşma əmələ gəlir. Bu, rentgen müayinəsi zamanı kölgə kimi görünür.
Kəllə beyin zədələnməsi - Patoloji doğuşdan sonra uşaqlar arasında təsadüf olunan travmalardan biri də doğuş kəllə-beyin travmasıdır. Çətin doğuş zamanı beyin damarları və beyin toxuması zədələnə bilər. Əgər bu zaman beyin əzilməsi və qansızma müalicə tələb edirsə, kəllədaxili hematomalar, bəzən isə sınıqlar təcili neyro-cərrahi müdaxilə tələb edir. Doğuş travması nəticəsində baş verən kəllə-beyin travması zamanı çox vaxt beyin toxuması onun qan damarlarını zədələyir.
Xəstələrdə süstük, skelet əzələlərinin hipertoniyası və qarın divarının tonusunun zəifliyi müşahidə olunur. Bəzi körpələrdə ətrafların əsməsi və qıcolmalar baş verir.
Həyatı orqanlar risk altında - Ağır kəllə-beyin travması zamanı həyati vacib orqanların (ürək-qan-damar-tənəffüs sistemi) fəaliyyəti, udma və sorma reflekslərini pozulur. Yenidoğulmuşlarda kəllə-beyin əzilməsində və qansızma zamanı bu əlamətləri aşkar etmək çox çətin olur. Diaqnozun qoyulmasında onurğa beyindən götürülən analizin böyük əhəmiyyəti var. Yenidoğulmuşlarda kəllə-beyin travması konservativ müalicə tələb edir. Sakitlik, başa soyuq kompreslər, yeməyi ancaq qaşıqla yedizdirmək və s.
Əgər xəstədə kəllə sümüklərinin sıxıcı və kəllədaxili hematoma varsa, cərrahi müdaxilə tələb olunur.
Epilepsiya təhlükəsi - Kəllə sümüyünü batmış sınıqları travmanın kəskin dövründə müvəqqəti olaraq beynin funksiyasını pozmaqla bərabər, beyin qişalarında çapığın əmələ gəlməsinə səbəb olur ki, bu da sonradan uşaqda epilepsiya xəstləiyinin meydana çıxmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, beyin uşaqlarda 2 yaşına kimi çox sürətlə inkişaf edir. Ona görə də batmış kəllə sınıqları travmadan 2-3 gün keçən müddətdə əməliyyat edilməlidir. Əməliyyatdan sonra tədricən xəstədə sınıqların təsirindən meydana çıxan bütün fəsadlar aradan qalxır.
Ginekoloq məsləhəti - Doğuş zədələnməsi əsasən dölün böyük, ananın çanağının dar olması nəticəsində doğuş aktı çətin olduqda və ya bu vaxt göstərilən yardımçı köməklər zamanı baş verir. Həmçinin uşaq asfiksiya (boğulma) ilə doğulduqda ilk yardım zamanı da zədələnmələr ortaya çıxır.
Doğuş çətin keçən zaman uşaq mütləq travma alır. Həkim nə qədər peşəkar olsa da çanaq dar, dölün baş ölçüləri böyük olanda doğuş aktı çətin və ya bu vaxt göstərilən yardım uşağın travma alma riski qaçılmaz olur. Buna kəllənin doğuş travmaları deyilir.
Sağrı gəlişi - (yan gəlişi) zamanı uşağa doğuş zədələnmələrindən qorunmaq üçün qeysəriyyə əməliyyatı yolu ilə uşağı bu zədələrdən qorumaq olur.
Rəna Kazımova
Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 998   Tarix: 16 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi çay içmək olmaz - Xəbərdarlıq

Səhərin ilk çayını yuxudan duran kimi yox, 15-20 dəqiqə sonra içmək məsləhət görülür. xəbər verir ki, dietoloq və nutrisioloq Nadejda Litvinova-Qrazion bildirib ki, səhər oyandıqdan dərhal çay içmək olar, amma ən optima

.

Beyinə zərər verən qidalar açıqlandı

ABŞ-də aparılan yeni araşdırma beyin sağlamlığı üçün ən zərərli qidələrin ultra işlənmiş ət məhsulları və şəkərli içkilər olduğunu göstərib.  xəbər verir ki, Virginia Tech Universitetindən alimlərin həyata keçirdiyi tədqiqatda

.

Cəmi iki məhsulla təzyiqi salan möcüzə salat – həkimlərdən təsdiqli resept

Yüksək qan təzyiqi çox vaxt özünü heç bir simptomla göstərmir, lakin uzunmüddətli perspektivdə ürək, damar və böyrəklərə ciddi zərər vura bilər. Buna görə də həkimlər onu "səssiz qatil" adlandırırlar. Ancaq alimlə

.

Maqneziumu kimlər qəbul edə bilməz? - Xəbərdarlıq

Milyonlarla insan tərəfindən qəbul edilən maqnezium son illərin ən populyar əlavələrindən birinə çevrilib. Onu "bu günün mineralı" adlandırırlar - bəs doğrudanmı , yuxunu yaxşılaşdırır, həzmi tənzimləyir və beyin

.

Bu insanlar qırmızı ət yeməyi "unutsunlar"

Son araşdırmalar göstərir ki, qırmızı ətin həddindən artıq qəbulu həm ürək-damar xəstəlikləri, həm də bəzi xərçəng növlərinin yaranma riskini artırır. xarici mətbuata istinadən xəbər verir ki, qidalanma üzrə mütəxəssislə

.

Dünyanın ən yaşlı qadınının uzunömürlülük SİRRİ

Alimlər dünyada ən uzunömürlü insan kimi tanınan Maria Branyas Moreranın DNT-sini araşdıraraq onun uzunömürlülüyünün səbəblərindən birini müəyyənləşdiriblər. xarici mənbələrə istinadən xəbər verir ki, ABŞ-də doğulan, laki

.

Yüksək şəkər və infarkt arasında əlaqə

Qanda qlükoza səviyyəsinin yüksəlməsi, xüsusilə də ilk dəfə kəskin miokard infarktı (ürək tutması) keçirən xəstələrdə ağır fəsadların yaranma riskini artıran mühüm göstərici ola bilər. xəbər verir ki, bu nəticə "Diabetolog

.

Elektron siqaretlər də asılılıq yaradır

Son dövrlər aparılan yeni araşdırmalar elektron siqaretlərin əslində düşündüyümüz qədər təhlükəsiz olmadığını ortaya qoyub. Tədqiqatçılar bildirirlər ki, bir çox insan e-siqaretləri ənənəvi tütün məhsullarına nisbətən zərərsi

.

Pambıq və ya fırça ilə dırnağa çəkin - göbələyin kökünü kəsir

Dırnaq göbələyi həm estetik, həm də sağlamlıq baxımından narahatlıq yaradan problemdir. Son araşdırmalar göstərir ki, kəklikotu yağının antifungal (göbələk əleyhinə) xüsusiyyətləri sayəsində bu problemin qarşısını ala bilər

turlar.az

reseptler kosmetik vasiteler maskalar asiq zulfiyenin oglunun toyu stil dərsləri cavanlasdirici maskalar hakista kosmetika oğlan evine aid hakisda aysel rus dili şəhid