Doğuş zamanı travmalar

Doğuş zamanı travmalarDoğuş həm qadın, həm də körpə üçün çətin bir prosesdir. Bəzən doğuş zamanı qadın travmalar alır. Bu travmalar arasında:

- Uşaqlıq boynunun yırtılması. Bu travmaya tez-tez təsadüf edilir. Doğuş zamanı uşaqlıq boynu tədricən açılır. Əgər uşaqlıq boynu tam açılmadıqda qadın güc verərsə, bu uşaqlıq boynunun yırtılmasına səbəb olacaq. Doğuş zamanı mama-ginekoloq boynunun açılmasına nəzarət edir. Uşaqlıq boynu tam açıldıqda həkim qadına güc verməyə icazə verir. Həkimin icazəsi olmadan qadın güc verməməlidir.

Əgər uşaqlıq boynunun yırtılması baş veribsə, uşaqlıq boynuna mütləq tikişlər qoyulmalıdır. Bu tikişlər xüsusi özüsovrulan materiallarla qoyulur. Uşaqlıq boynunun yaraları çox dərindirsə və (və ya) yaralar çoxdursa, doğuşdan sonra qadına antibakterial preparatlar təyin oluna bilər. Həkim əmizdirmə zamanı istifadə oluna bilən antibakterial preparatlarından birini təyin edir.

Əgər tikişlər qoyulmazsa və ya qoyulmuş tikişlər sonradan açılarsa, bu bir çox problemlərə səbəb ola bilər. Uşaqlıq boynunda ektopiya (eroziya) əmələ gələ bilər, uşaqlıq boynu çatışmazlığı kimi patoloji hal inkişaf edə bilər. Uşaqlıq boynu çatışmazlığı zamanı növbəti hamiləlik özü özündən uşaqsalma ilə nəticələnə bilər. Bu səbəbdən uşaqlıq boynu çatışmazlığı olan hamilə qadına uşaqlıq boynuna xüsusi tikişlər qoyulur. Bu tikişlər doğuşa yaxın sökülür.

Bu problemlərin profilaktikası məqsədi ilə doğuşdan müəyyən müddət sonra qadın tikişlərin vəziyyətinin qiymətləndirilməsi üçün həkimin müayinəsindən keçməlidir.

- Uşaqlıq yolunun yırtılmasına da tez-tez təsadüf edilir. Bir çox hallarda bunun səbəbi qadının doğuş zamanı mama-ginekoloqun göstərişlərinə düzgün əməl etməməsi olur. Doğuş zamanı qadın mümkün qədər sakit olmalı və mama-ginekoloqun göstərişi olmadan güc verməməlidir. Əgər qadın doğuş vaxtı özünü itirir, qışqırır, mama-ginekoloqa qulaq asmırsa və s., bu doğuşun daha gec başa çatmasına, travmalara (həm anada, həm də uşaqda) və s. problemlərə səbəb olacaq.

Uşaqlıq yolununa tikişlər qoyulur. Bəzən tikişlər iltihablaşa bilər. Bu zaman qadında uşaqlıq yolunda ağrılar, irinli frazatlar, hərarətin artması kimi simptomlar əmələ gəlir. Dərhal həkimə müraciət etmək lazımdır.

- Aralıq nahiyəsinin yırtılması. Bunun səbəbi aralıq nahiyəsinin toxumalarının elastikliyinin az olması, mama-ginekoloqun göstərişlərinə əməl etməməsi ola bilər.

Uşağın başı cinsi yolundan çıxdığı zaman müəyyən an qadına gücənməmək tapşırılır. Bu anlarda artıq güc vermək uşağın baş hissəsinin sürətlə çıxmasına və nəticədə aralıq nahiyəsinin yırtılmasına səbəb ola bilər.

Əgər həkim aralıq nahiyəsinin yırtılmasının təhlükəsini görərsə (bu zaman bu yerdə dəri göyərir), aralıq nahiyəsində kəsik aparılır. Bu məcburi tədbirdir. Belə yaralar yırtılmış yaralarla müqayisədə daha tez sağalır. Kəsik zaman heç bir anesteziyaya ehtiyac yaranmır - qadın dartılmış toxumalarda ağrı hiss etmir. Daha sonra bu kəsik tikilir.

Aralıq nahiyəsinə tikişlər qoyulduqda, anesteziyadan istifadə olunur. Yırtıqlar kiçikdirsə, yerli ağrısızlaşdırılma, çox dərindirsə - ümumi narkozdan (damar daxili) istifadə oluna bilər. Aralıq nahiyəsində tikişlər olan qadın 10 gün ərzində oturmamalıdır. Əks halda bu tikişlərin aralanmasına səbəb olacaq. Həmçinin qadın gigiyena qaydalarına ciddi əməl etməlidir. Lazım olduqda həkim bepanten və ya solkoseril məlhəmi təyin edə bilər (tikişlərə çəkmək üçün).

Tikiş nahiyəsində ağrı, qızarma, ödem əmələ gəldikdə, dərhal həkimə müraciət etmək lazımdır.

- Uşaqlığın yırtılması. Bu çox ağır travmadır. Xoşbəxtlikdən, bu travmaya nadir hallarda təsadüf edilir. Əksər hallarda bunun səbəbi uşaqlığın üzərində çapığın olması (qeysəriyyə kəsiyindən və ya digər əməliyyatdan sonra), çoxsaylı doğuşlar, abortlar və s. ola bilər.

Uşaqlığın yırtılması zamanı təcili qeysəriyyə kəsiyi əməliyyatı tətbiq edilir və daha sonra uşaqlığın tamlığı bərpa olunur. Əgər bu mümkün olmazsa, uşaqlıq çıxarılır.

Ailə və Uşaq     Baxılıb: 2811   Tarix: 27 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

turlar.az

sac duzumleri geyim və ayaqqabılar qadin sayti cinsi əlaqə gündəlik bürclər vətən haqqında bayatı 2026 qis modasi kosmetika laylalar novruz burcler haqqinda burclerin uyumu kökəlmək üçün