Doğuşdan nə qədər müddət sonra pəhrizə başlamaq olar?

Doğuşdan nə qədər müddət sonra pəhrizə başlamaq olar?Bir çox xanım hamiləlik zamanı əldə etdiyi çəkidən xilas olmağın daha çətin olduğunu düşünür. Lakin ana südü arıqlamağı başladan ilk amildir. Bir qadın övladını ana südü ilə bəsləməsi zamanı orta hesabla 100-200 kalori atmış olur ki, bu da təxminən 30 dəqiqə gəzintiyə bərabərdir.
Milli.Az Axşam.az-a istinadən doğuşdan sonra artıq çəkini düzgün zamanda və normada atmağın yollarını təqdim edir.
Ana südü ilə qidalanma dövrünün ilk 6 ayında pəhriz saxlamaq olmaz
Pəhriz üçün doğru zamanı bilmək vacibdir. Uşağa süd vermənin ilk 6 ayında çox ağır pəhriz saxlamaq olmaz. Lakim doğumdan sonra düzgün qidalanma ilə arıqlamağa başlaya bilərsiniz. Düzgün qidalanma nəinki çəki atmağınıza kömək olacaq, eyni zamanda südün miqdarını və keyfiyyətini artıracaqdır.
Bəs hansı pəhriz uyğundur?
Pəhrizdə olduğu kimi bu dönəmdə də bol su istehlak etmək lazımdır. Yetkin bir insan gündə 1,5-2 litr su içdiyi halda, süd verən ana üçün bu miqdarın 4 litrə qədər çıxması məsləhət görülür. 
Digər vacib məqam isə yeməkləri atlamamaqdır. Südvermə zamanı qanda şəkər tədricən azalır və bu ani aclıq hissinə səbəb olur. Bu anlarda beyniniz sizə tərkibində şəkər olan qidaları yeməyə sövq edir. Bunun qarşısını almaq üçün süd verməzdən əvvəl qəlyanaltı etmək lazımdır. Qəlyanaltıda süd, ayran, qatıq və ya meyvə qurusu, şirəsi istehlak edə bilərsiniz.
6 aylıq əmizdirmə dövrünü geridə qoyduqdan sonra daha nizamlı pəhrizə keçid edə bilərsiniz. Həftədə 500 q-dan 1 kq-a qədər çəki itkisi hədəfləyin. Seçdiyiniz proqrama düzgün riayət edərək hamiləlikdən öncəki çəkinizə qayıda bilərsiniz.
Ən çox buraxılan səhv
Bu, ana südünün artacağını düşünərək çox şəkərli qidalar istehlak etməkdir. Lakin bu, çəki artımından başqa heç bir nəticə vermir. Doğumdan bir neçə ay sonra dietoloqdan kömək alın. Bu həm sizin, həm də körpənin sağlamlığı üçün tövsiyə olunur.
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 1330   Tarix: 23 oktyabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

toy makiyajlari aksessuarlar geyim necə seçməli neyrosirkulyator distoniya qızartma reseptləri sepsis xesteliyi qizil sozler kosmetika hamilelik novruz bayramına aid hakışda qardasa aid haxistalar novruz bayramı haxışta qu quşu