Doğuşdan sonrakı ən böyük problem - Qadınların 70 faizi...

Doğuşdan sonrakı ən böyük problem - Qadınların 70 faizi..."Satış və marketinq sahəsində çalışdığım üçün hamiləlik müddəti də daxil olmaqla hər zaman tədbir və seminarların istər təşkilati tərəfində, istərsə də iştirakçısı olmuşam.

Bundan başqa, aktiv bir sosial həyatım olub. Ancaq doğuşdan sonra öyrəşdiyim həyatım, fəaliyyətlərim, demək olar ki, sıfıra düşdü. Və bunun nəticəsində də məndə dərin depressiyaya yaranmağa başladı".

Bu sözləri gənc ana Nigar Vəliyeva Qafqazinfo.az-a qadınların doğuşdan sonra depressiyaya düşməsi ilə bağlı mövzuya münasibət bildirərkən deyib. O bildirib ki, ilk vaxtlarda hər şeyə ağlayır, həyat yoldaşından başqa ətrafında heç kimi görmək istəməyib. Otağa girib elə hey boşluğa baxıb fikirləşirmiş:

"Mənim kimi karyera yönümlü qadınlar hər hansı bir iş olduqda övladını ana və ya qayınanasına tapşırıb bir-iki saatlıq evdən çıxa bilərlər. Ancaq valideynlərimiz Bakıda yaşamadığı üçün mənim elə bir şansım olmadı. Ona görə də, bir anda hər şey tamamilə dəyişdi. Bundan başqa, özəl klinikalarda doğuşdan sonrakı iki gün müddətində anaya kraliça kimi baxırlar. Uşaq ağlayanda aparırlar, güləndə gətirirlər. Güllər, hədiyyələr gəlir, hamı səninlə maraqlanır. Bu səbəbdən həmin müddətdə heç nə hiss etmirsən. O ki evə gəldin, onda dərk edirsən ki, həyatında məsuliyyətli olduğun bir insan var. Bir anlıq fikirləşirsən ki, artıq istədiyin şeyləri, istədiyin zamanda etmək kimi bir lüksun yoxdur, artıq gecələrə kimi gəzdiyin, əyləndiyin günlər bitdi və sairə. Bütün bunları düşündükcə, daha da ağır depressiyaya düşürsən".

"The Guardian"nəşrinin yayımladığı araşdırmada bildirilib ki, yay və payız aylarında doğuş edən qadınlar qış və yaz aylarında doğuş edən qadınlara nisbətən depressiyaya daha çox meyilli olur. Fəsillərlə bağlı bu fərqin səbəbi bilinməsə də, həkimlər qış və yaz aylarında hava şəraitinə görə anaların evdə övladı ilə daha çox vaxt keçirdiyi üçün analığa keçiş prosesininin daha asan olduğu ilə əlaqələndirir.

Doğuş sonrası depressiya necə yaranır və əlamətləri hansılardır?

Doğuşdan sonrakı depressiya qadın orqanizmində baş verən hormonal dəyişikliklərin və psixoloji durumun qeyri-stabilliyinin nəticəsidir. Doqquz aylıq gözləmə dövründə qadın əsəbi gərginlik keçirirş, qorxu içində yaşayır.
Depressiyanin ilk əlamətləri doğuşdan sonrakı ilk 3-4 gün ərzində qəfildən ortaya çıxa bilər. Əsəbilik, sıxıntı, ümidsizlik, yuxu və iştah azalması, yaddaş və adaptasiya zəifliyi, uşağın sağlamlığı ilə bağlı narahatlıq, nəzarət olunmayan ağlama, uşağa olan həvəsin itməsi, günahkarlıq duyğusu, özünə və uşaqa ziyan vermə hissi, dəhşətli yuxular və gecə qarabasmaları ən çox görülən simptomlardandı.

Bəs bu hal özünü yalnız depressiv xarakterli qadınlardamı göstərə bilir?

Müşahidələr göstərir ki, doğuş keçirən qadınların 50-70%-də bu cür dəyişiklik olur. Körpənin məsuliyyəti, yaxşı ana ola biləcəyəmmi kimi qorxular, fiziki yorğunluq, uşaqla əlaqədar vaxtında yatmamaq, ananın xarici görünüşünün dəyişməsi kimi narahatlıqlar hər bir qadında bu halın yaşanmasına səbəbiyyət verir. Elə həmsöhbətimiz də xarakter baxımından depressiya meyilli biri olmadığını, ətrafındakı aktiv sosial həyata sahib çox qadında bu halların yaşandığını bildirib.

Müalicəsi:

Bu xəstəliyin müalicəsi xəstəliyin şiddətinə görə dəyişir. Depressiya zamanı xəstə olan gənc analara dərman müalicəsi ilə yanaşı psixoterapiya da tətbiq edilməlidir. Müalicənin müddəti xəstəliyin ağırlığından asılı olaraq bir neçə ay davam edə bilər. Müalicə ilə yanaşı həyat yoldaşının da dəstəyi unudulmamalıdır.

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Orxan Fərəcli bu dövrü tez keçirmək üçün gənc analara bir neçə tövsiyə verir:

Zövq aldığınız işlərdən birini hər gün həyata keçirin. Məsələn, rəfiqənizlə danışmaq, ya da açıq havada gəzmək kimi.
Həyat yoldaşınızla çox vaxt keçirin.

Kömək istəməkdən çəkinməyin. Ətrafınızdan mənəvi dəstək alın.

Sizlə eyni problemli adamlarla görüşmək mümkündürsə bundan qaçmayın və bu qruplara qoşulun.
Doğuş sonrası depressiya ağır şəkildə olub, hətta bir il davam edə bilər.

Psixoloq Aynur Əlibəyli isə gənc anaların çox vaxt zahılıq gərginliyi ilə doğuş sonrası depressiyanı səhv saldığını bildirib:

"Doğum sonrası depressiyanı doğuşdan sonra yaşanan "postpartum blu" - zahılıq gərginliyi ilə qarışdırmamaq lazımdır. Zahılıq gərginliyi doğuşdan sonra 70 faiz qadınlarda müşahidə edilir. Zahılıq gərginliyi yaşayan analarda kədər, narahatlıq halı, asan və tez-tez ağlama, ən yaxınlarından asılılıq müşahidə edilir. Bu vəziyyət 10 gün davam edir və tezliklə keçir.

Depressiya isə ağır şəkildə olub, bir il belə davam edə bilər. Müalicə alan qadınlarda isə bu hal 3 aya keçir. Bu ərəfədə ana demək olar ki, körpəsi ilə çox az maraqlanır.

Ana südü ilə qidalandırma da qadını depressiyaya sala bilər. Ana südü verən qadınlar özlərinə ayıracaq zamanlarının çox az olması, dərman istifadə etmələri lazım olduğunda körpəyə zərəri olacaq narahatlığı bildikləri üçün stresə girirlər. Bununla yanaşı, ana südü kəsilən 51 qadından 83 faizinin depressiyaya düşdüyü müəyyən edilib.

Doğuş sonrası depressiya çox müşahidə edilsə də, mütəxəssislər konkret diaqnoz qoymaqda çətinlik çəkirlər. Psixoloqun sözlərinə görə, adətən erkən yaşda ana olan qadınlar bu problemi daha çox yaşayırlar. Onlarda bu risk 30 faiz, keçmişdə depressiya yaşayan xanımlarda 25 faiz, daha əvvəlki doğuşunda depressiya yaşayanlarda isə bu risk 85 faizdir.

Doğuş sonrası depressiya yaşayan analar üçün ən əhəmiyyətli dəstək həyat yoldaşının verdiyi dəstəkdir. Lakin bu vəziyyətin atalar üçün də qorxulu olduğunu unutmayın. Ona görə də ataların bu vəziyyətdə nə edə biləcəklərini bilməmələri normaldır.

Xəbərlər     Baxılıb: 1883   Tarix: 23 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

hamilelikde qidalanma geyim necə seçməli yay kolleksiyasi piodermiya nedir cinsi əlaqə müalicəvi bitkilər sinir sistemi kosmetika vetene aid bayatilar intim toyuq salati sperma baldiz