Dönəri zəhərə döndərən səbəb – Bakıda 7 tələbə niyə ölümlə üz-üzə qaldı?

Dönəri zəhərə döndərən səbəb – Bakıda 7 tələbə niyə ölümlə üz-üzə qaldı?Ölkənin baş kulinarı və AİB sədri səbəblər və çıxış yolundan danışdılar

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Onların universitet tələbələri olduğu bildirilib. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Ötən il fevral 5-də Tovuz rayonunda 2 nəfərin dönərdən zəhərlənməsi faktı qeydə alınmışdı. İlin sonuna yaxın isə Sumqayıtda dönərdən kütləvi zəhərlənmə halı olmuşdu. O vaxt 4 gənc qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bəs nə baş verir? Azərbaycanda dönər niyə vətəndaşı zəhərləyən qidaya çevrilib?

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov "Yeni Müsavat"a deyib ki, zəhərlənmə bir sıra məsələlərdən ola bilər. Mümkündür ki, adamlarda soyuqdəymə olub, ona görə adi ağır yeməkdən belə zəhərlənmə hissi keçirə bilərlər. Lakin Tahir Əmiraslanov deyir ki, 7 nəfərin eyni məkanda yediyi yeməkdən sonra zəhərlənməsi soyuqdəymə ehtimalını aradan qaldırır: "Həmin dönərxanada birinci növbədə dönəri bişirən adamların peşəkar aşpaz olub-olmaması yoxlanılmalıdır. Aşpazlıq diplomları varmı? 2-ci yoxlanmalıdır ki, həmin dönəri bişirən şəxslər işə müqavilə ilə götürülüblərmi? Həkim müayinəsindən keçiblərmi? Əgər bütün bu sualların cavabı müsbətdirsə, yəqin ki, problem ətdə və ya hazırlanma texnologiyasındadır. Zəhərlənmənin səbəbləri sırasında ətin saxlanılması qaydalarına riayət olumamasını da göstərmək olar. Həmin dönərxananın əti haradan aldığı, ətin necə işləndiyi, hansı etaplardan keçdiyi, ora necə gəlib çıxdığı və oradakı hazırlıq prosesinə diqqət edilməlidir. Bundan sonra zəhərlənmənin konkret səbəbindən danışmaq olar".

T.Əmiraslanov zəhərlənmənin aşpazın savadsızlığı, aşpaz olmaması, həkimdən keçməməsi və onun özündə olan xəstəliyin hazırladığı yemək vasitəsilə yayılmasından ola biləcəyini də mümkün sayır: "Zəhərlənmə 48 saat ərzində mədənin yuyulması ilə təmizlənə bilir. Aşpazın xəstə olması isə digər ağır xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Qarayara, sarılıq kimi ağır xəstəlikləri də aşpaz yoluxdura bilər və heç bilinməz də ki, yoluxma harada baş verib".

Baş kulinar deyir ki, ətlərin haradan alınması, müvafiq baytarlıq yoxlamasından keçib-keçməməsi də aydınlaşdırılmalı məqamlardır: "Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişik. Danışmışıq ki, müqavilə bağlayacağıq, hər bir sistem üzrə aşpazların sertifikatlaşdırılması həyata keçirilsin. Müraciətimizə şifahi razılıq verilib. Hazırda iş gedir. Əgər aşpaz tələbələr üçün yemək hazırlayırsa, tələbənin bədəninin tələblərinə uyğun qida hazırlamalıdır. Bağçalarda, peşə məktəblərində, fəhlə yeməkxanalarında mühitə uyğun yeməklər hazırlanmalıdır. Tutaq ki, sement zavodunda işləyənlə xəz zavodunda işləyənin yeməyi eyni ola bilməz. Azərbaycan dövləti bu məsələlərin üzərinə gec-tez gedəcək".

"Azad İstehlakçılar Birliyi"nin (AİB) sədri Eyyub Hüseynov zəhərlənmələrin qarşısının alınmasının yolları haqda dövlət orqanlarına müraciət ünvanlayıb. AİB sədri "Yeni Müsavat"a deyib ki, belə zəhərlənmələrin qarşısının alınması inzibati yollarla mümkün deyil: "Dönərxanalara tələb var. İnzibati üsullarla dönərxana biznesini çökdürmək olmaz. Tələb olan yerdə təklif də olacaq. Ona görə də qidanın təhlükəsizliyini təmin etmək lazımdır. Məlumdur ki, dönərxanalardakı ciddi problemlərdən biri budur ki, çiy ətin üst tərəfi qızarır, içərisi çiy qalır. Ətin içindəki plazma yavaş-yavaş qızır. Qan qaynayır, axır tökülür siniyə. Ət doğranıb tökülür həmin siniyə. Ətlə qanlı maye qarışdırılıb verilir müştəriyə. Heyvan xəstəlikləri nə varsa, heyvana vurulan antibiotiklər, dərmanlar qızdırılmış ətdən süzülüb siniyə tökülür və doğranmış ətlə qarışıq müştəriyə verilir".

Eyyub Hüseynov deyir ki, Azərbaycanda dönər hazırlamaq üçün ətləri xüsusi dondurmadan keçirən 2 şirkət fəaliyyətdədir: "Həmin şirkətlərdən biri Xırdalanda, digəri Maştağa qəsəbəsində yerləşir. Ətləri şişə keçirib xüsusi avadanlıqlarda mənfi 40 dərəcədə dondururlar. Buna şok dondurma deyilir. Belə dondurma nəticəsində ətdə olan bütün viruslar məhv olur. Sonradan həmin ətlər xüsusi olaraq qablaşdırılır və dönərxanalara daşınır. Şok dondurmadan keçirilən dönər hazırlanmaq üçün ətləri əksər dönərxanalar almaqdan yayınırlar. Ölkədə fəaliyyət göstərən dönərxanaların heç 1 faizi həmin şirkətlərin hazırladığı ətdən almır. Dönərxanalar ona görə də zəhərlənmə mənbəyi olaraq qalır. Əgər hökumət, Qida Təhlükəsizliyi Agentliyi effektiv iş aparsa, dönərxanalar zəhərlənmə mənbəyinə çevrilməz".

AİB sədri xatırlatdı ki, Azərbaycanda quş ətindən dönər hazırlanması 2006-cı ildən qadağan olunub: "Şəhərə çıxın baxın, toyuq dönəri hər dönərxanada satılır. Belə qadağa bəzi həkimlərin dolanmaq yerindən başqa bir şeyə xidmət etmir. Bunun qarşısını almaq lazımdır. Toyuq dönəri tez çirklənən dönərdir. Lakin toyuq əti şok dondurmadan keçərsə, ondan hazırlanan dönər də təhlükəsiz olacaq. Dönər biznesi ilə məşğul olan əksər sahibkarlar gedib şok dondurmadan keçmiş ətləri almır, ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlayırlar. Ona görə də belə zəhərlənmə halları adi hala çevrilib".

E.Hüseynov bazarlara ucuz, murdar ətlərin yol tapması probleminin aktual olduğunu da vurğuladı: "Ucuz və təhlükəli, murdar, xəstəlikdən ölmüş leş ətlərin bazarlara ayaq açması problemi nəhayət ki, həll edilməlidir. Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətlə effektiv iş aparmalıdır. Elə iş aparmalıdır ki, ictimaiyyət ona inansın, ona məlumat versin. Çox təəssüflər olsun ki, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə yazdığımız məktublara reaksiya verilmir, ictimaiyyətlə əməkdaşlıq etmək fikirində deyillər. Düşünürəm ki, qida təhlükəsizliyinin bu kimi məsələləri Daxili İşlər Nazirliyinə tapşırılmalıdır. Çünki murdar ət satanlara qarşı ən effektiv işi Daxili İşlər Nazirliyi görür".

Xəbərlər     Baxılıb: 1884   Tarix: 15 mart 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qadın geyimi yemek reseptleri geyim şəkilləri nişanlılıq qan qruplari kariyera və iş həyatı keks reseptləri kosmetika haxisda burclər oglan evi bürcler qiz burcu