Donuz qripi nə ilə təhlükəlidir?
Donuz qripi kimi tanınan qripp növü 1930-cu ildə amerika alimi Riçard Şoup tərəfindən aşkar olunub.
Bu qripin bir neçə müxtəlif növü var. İnsanlar arasında bu qripin H1N1 növünə təsadüf edilir. Donuz qripi sağlam insana bu qripə yoluxmuş donuzdan və ya insandan keçə bilər. Donuz qripi hava-damcı yolu ilə yayılır.
Donuz qripinin simptomları:
- yüksək hərarət (39-40 C kimi)
- öskürək
- boğazda ağrılar
- zökəm
- əzələ və oynaq ağrıları
- baş ağrıları
- üşümə
- ümumi zəiflik, yorğunluq
- 1/3 xəstələrdə ürəkbulanması, ishal, qusma
- ağır formalarda - təngnəfəsliyin inkişafı, döş nahiyəsində ağrılar, dərinin göyərməsi, bayılma, qıcolmalar. Bu çox təhlükəli simptomlardır.
Donuz qripi əksər hallarda asan keçir və fəsadların inkişafına səbəb olmur. Lakin müəyyən qrup insanlar üçün bu qripp çox təhlükəlidir və çox ağır fəsadların inkişafına səbəb ola bilər. Bu insanlar arasında:
- 5 yaşına qədər uşaqlar,
- yaşlı insanlar (65 yaşından yuxarı)
- hamilə qadınlar
- bəzi xəstəlikləri olan insanlar (xərçəng xəstəliyi, qan xəstəlikləri, xroniki ağ ciyər xəstəlikləri - astma, xroniki obstruktiv ağciyər xəstəliyi, şəkərli diabet, ürək, böyrək, qaraciyər xəstəlikləri, bəzi sinir sistemi xəstəlikləri)
- immun sistemi zəif olan insanlar.
Donuz qripi bu qrup insanlarda ağır keçə bilər və fəsadlar verə bilər. Lakin hətta tam sağlam və cavan insan xəstəliyin ağır keçməyindən sığortalanmayıb. Bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır.
Donuz qripi bu kimi ağırlaşmalara səbəb ola bilər:
- pnevmoniya (sətəlcəm). Virus mənşəli pnevmoniya şox ağır keçir və xəstənin tez bir zamanda həlak olması ilə nəticələnə bilər
- ürək iltihabları
- böyrək çatışmazlığı
- otit (orta qulağın iltihabı)
- sinusitlər (haymorit, frontit).
Donuz qripinin müalicəsində virus əleyhinə preparatlar istifadə olunur. Həmçinin müalicə zamanı hərarətsalan, iltihabəleyhinə preparatlar, vitaminlər istifadə oluna bilər.
Donuz qripinin fonunda xəstənin immun sistemi zəifləyir və nəticədə bakterial infeksiya qoşula bilər. Bu halda xəstəyə antibiotiklər təyin olunur.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA
Bayram günü qoyun ətini belə yesəniz xəstəxanalıq olacaqsınız
Sabah Rəvan Qarayevin toyudur
Hər gün 2 qaşıq yeyin, görün nə olur
Nazpəri evindən oğurlanan 311 minlik qızıl və pullardan danışdı
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ
Puqaçovanın qəsri muzey ola bilər
Rəvanın üçüncü dəfə ailə qurduğu xanım kimdir?
Çində 5 maqnitudalı zəlzələ olub