Döyüldüyü deyilən Aşıq Namiq danışdı: Mənə dedilər ki... - AÇIQLAMA

Döyüldüyü deyilən Aşıq Namiq danışdı: Mənə dedilər ki... - AÇIQLAMATanınmış aşıq Namiq Fərhadoğlunun döyülməsi ilə bağlı xəbərlər yayılıb. 
Məlumata görə, Aşıq Namiq parkda gəzən qadına söz atıb.
Nəticədə qadının oğlu onu döyüb.
Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.
azxeber.com məsələ ilə bağlı Aşıq Namiq Fərhadoğlu ilə əlaqə saxlayıb.
O hadisə haqda ətraflı məlumat verib: 
"Bu hadisə üç gün bundan əvvəl olub. "Dədə Qorqud" parkında gəzirdim. Parkda iki qadın gəzişirdi, 60-65 yaşları olardı. Anam yaşında qadınlar idi. Onlar məni tanıdı və öz aralarında mənim haqda danışmağa başladılar: Bilirsiniz ki, mən tanınmış adamam, küçədə gəzəndə hamı məni tanıyır. 
Elə bu an bir oğlan yaxınlaşdı və dedi ki, sən mənim anama nə deyirdin? Mən çaş-baş qaldım və bildirdim ki, anam yaşında qadınla mənim nə işim ola bilər? Bu zaman həmin oğlan mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Aramızda söz davası oldu. Bu an gördüm ki, həmin qadın cibindən telefon çıxartdı və çəkməyə başladı. Mən artıq məsələnin nə olduğunu anladım. İnsanlar bizi aralayanda mənim telefonum düşdü və ekranı qırıldı. Hər yerdə kameralar var, tələb etdim ki, açılsın. Burada aydın görünürdü ki, bu insanların məqsədi mənə "ilişmək" idi. Parkda olan insanlar bu ailəni tanıyır. Bu hadisəni mən nəticəsiz buraxmayacam. Görüntülər var kameralarda, hamısını çıxaracağam". 
Aşıq Namiq hadisənin polis tərəfindən araşdırıldığını, lazım gələrsə məhkəməyə qədər gedəcəyini bildirib:
"Gedib polisə izahat veriblər və yazıblar ki, guya mən demişəm "yaşlı qadınsınız, sizin parkda nə işiniz var, qoyun cavanlar gəzsin". 
Bu oyunu mənə kim qurub bilmirəm. Qadın öz dili ilə deyir ki, dayan səni biabır edəcəyəm. Bu iş planlaşdırılıb. Onlara kim ixtiyar verib ki, söyüş söysünlər və məni telefona çəksinlər? Mən polisə verəcəkdim, onlar məndən əvvəl gediblər. Polisdən mənə zəng gəldi, idarəyə dəvət etdilər mən də getdim. Mən oğlanla dalaşmışam, amma qadın gedib ekspertizaya, deyib Namiq məni döyüb, telefonumu qırıb. Bu qurmadır. Mənim də əlim əzilib. 
Aşıq Namiq qadına əl qaldırmadığını deyib: 
"Mən qadına əl qaldırmamışam, sadəcə əlindən telefonunu almışam ki, sən niyə məni çəkirsən? İndi də bəhanə edirlər ki, mən qadının telefonunu qırmışam. Yalandan deyir ki, telefonum "İphone 14 pro max"dır. Sən də mənə onu almalısan. Polisdə gətirəndə baxıram ki, onun telefonu "iphone 11"dir. Yəni bunların məqsədi mənə o bahalı telefonu aldırmaq idi. Dava zamanı oğlan mənim boynumdakı qızıl boyunbağını da götürüb. Heç o ortada yoxdur. Hələ yanındakı qadın da deyir ki, sən pullu oğlansan, hər gün toylardasan. Bir telefon alsan, dünya dağılacaq? Bax bunların məqsədi bu idi. Gördülər ki, məndən heç nə çıxmır, indi də məni gözdən salmağa çalışırlar. Şərəf və ləyaqətim alçaldıldığına görə mən məhkəməyə qədər gedəcəyəm".
Aşıq Namiq döyülmədiyini də deyib: "Heç kim məni döyməyib. Qələt edir məni döyən". 
Aysel

Şou Biznes     Baxılıb: 1072   Tarix: 13 noyabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

turlar.az

geyim və ayaqqabılar aksessuarlar sac duzumleri klyos donlar 2026 vətən haqqında inşa ariqlamaq ucun kofe qış xəstəlikləri kosmetika vətən haqqında bayatı damla bayati babasil novruz hakışdaları