Dünya kino tarixinin ən səs-küyə səbəb olan filmləri

Dünya kino tarixinin ən səs-küyə səbəb olan filmləriDünya kino tarixinin ən səs-küyə səbəb olan filmləri

XIX əsrin sonlarında incəsənətin yeni sahəsi-kinematoqraf meydana gəldi. 1895-ci ilin 28 dekabrında Fransada Lümer qardaşlarının nümayişə başladıqları ilk qısametrajlı sənədli filmlər Kinomatoqrafiyanın əsasını qoymuş oldu. Əslində həmin illərdə sürətlənən elmi-texniki inkişaf, həyat tempinin dinamikası bu dəyişikliyi əks etdirəcək onunla ayaqlaşa biləcək elementə ehtiyac duyurdu. Bu mənada kinomatoqrafın yaranması qanunauyğun idi. Bundan sonra cəmiyyətin inkişafında güzgü rolunu məhz kino oynayacaqdı. Digər tərəfdən kütləvi nümayiş olunması ona cəmiyyətin ən fərqli sosial qruplarına təsir göstərməsinə şərait yaradırdı. Zaman keçdikcə bunu daha çox insanlar anlayırdı. İctimai düşüncədəki dəyişiklikləri müşahidə edən, bəzi hallarda isə bu müşahidələri qabaqlayan kinomatoqraf cəsarətli çıxışları ilə nəinki mədəniyyət hadisəsinə, həm də siyasi tarazlığı dəyişən vasitəyə çevrilmişdi. Bu mənada 1937.az dünya kinosu tarixində ən qalmaqallı 5 filmi təqdim edir

1. "Eybəcərlər" (1932). Amerika kinomatoqrafının nümayəndəsi Tod Brouninqin qorxu janrında çəkdiyi film sirk truppasında cərəyan edən sevgi əhvalatlarını özündə birləşdirirdi. Lakin Amerika tamaşaçısı ekranda sirk truppasının təsviri üçün Tod Brouninqin müxtəlif ştatlardan topladığı fiziki qüsurlu insanları seyr etməyə səbələri dözə bilmədi. Çünki onların hamısı müxtəıif xəstəliklərdən əziyyət çəkən real sirk işçiləri idi. "Eybəcər"in doğurduğu səs-küy və rezonans o qədər güclü idi ki, Metro-Qoldvin-Mayer kinoşirkəti filimn neqaticini də məhv edir və bütün kinoteatrlardan yığışdırır. Hələ uzun illər film əksər ölkələrə qadağa altında olsa da, qorxu janrında çəkiləcəck gələck filmlər üçün önəmli tramplin rolu oyanmış oldu.

2. "Qatarın La-Syota vağzalına gəlişi" (1896). Elə ilk film kinomatoqrafın yaradıcıları Lümer qardaşlarına məxsus çox qısa – 48 saniyəlik filmdir. Müasir meyarlarla götursək xranometrajı yalnız reklam çarxı üçün kifayət edən film 1896-cı ildə böyük səs-küy qoparmışdı. Lümer qardaşlarının ən uğurlu filmi sayılan "Qatarın La-Syota vağzalına gəlişi" sujet xəttinin qeyri-adiliyi ilə dəc fərqlənmirdi. Sadəcə, canlı kadrlara psixoloji olaraq hazır olmayan tamaşaçı relslərin yaxınlığında yerləşdirilən kameradan qatarın sanki onların üzərinə doğru irəlilədiyini düşünürdü və təşviş içində kinoteatrları tərk edirdi. Sonradan kinomatoqrafda əsas parodiya mövzularından birinə çevrilən bu kütləvi paranoya epizodu kinomatoqrafın ilik dövründə əsas qalmaqal mövzusu idi. Bu həm də kinonun kütləvi incəsənət vasitəsinə çevrilməkdə olduğunu sübut edirdi.

3. "Əndəlus Köpəyi" (1929). 1920-ci illər Avropasında insanlar fikir və düşüncələrini ifadə etmək üçün yeni bədii və təsviri yaradıcılıq metodlarının axtarışında idi. Məhz belə bir zamanda "Sürrealizm" cərəyanı meydana gəldi. Müasir incəsənətin bütün sahələrində sıx möhkəmlənən "Sürreailzm" yuxu və reallığın yeni vəhdəti idi. Heç bir məntiqi ardıcıllığa riayət etməyən və ruhla materiyanın bağlı olmadığını iddia edən sürrealistlər incəsənətə paradoksal baxış bucağı gətirdilər. Bu cərəyanın iki dahi nümayəndəsi katalon milliyətli Salvador Dali və ispan Luis Bunyuel 1929-cu ildə məxsus olduqları sürrealist üslubda ssenari yazırlar. Gördükləri yuxulardan, gizli şüuraltı fantaziyalarından ilhamlanan sənətkarlar paradoks və cavabdan çox sual doğuran "Əndəlus Köpəyi" filmini yaradırlar. Yaradıcı duetin 21 dəqiqəlik məhsulu kino tarixində giriş səhnəsi ilə iz qoyur. Belə ki, həm də aktyor kimi filmdə yer alan Luir Bunyuel itilədiyi ülgüclə aktrisa Simona Mareüylin gözünü kəsir. Sonradan məşhur gözün kəsilmə səhnəsində öıü uzunqulaq gözündən istifadə oldunduğu aydın olur. Lakin bu bədii priyom reallığı ilə filmə baxmağa gələn auditoriyanı şoka salır. Digər səhnələrdə pianoya yüklənmiş ölü at cəsədi, küçənin ortasında kəsilmiş insan əli, əlin içindən çıxan qarışqalar və s. məntiqi izahı olmayan məqamlar olsa da, məhz giriş səhnəsində Bunyuelin kəsdiyi göz səhnəsi əsas diqqəti özünə çəkdi. Dünya kinosunda hadisə olan "Əndəlus Köpəyi" filmi kinonun eksperimentlərə açıq olduğunu göstərdi və Parisdə filmin premyerası əsl hadisəyə çevrildi.

4. "Salo yaxud Sodomun 120 günü" (1975). 70-ci illərdə bədii azadlığı pik həddə çatan İtaliya kinomatoqrafı rejissorlara həm də siyasi görüşlərini ifadə etmək üçün meydan rolunu oynayırdı. Qatı solçu, şair və filosof Pyer Paolo Pazolini siyasi düşüncələrini bədii yaradıcılığında əks etdirən belə personalardan biri idi. Yaradıcılığı boyu klassik əsərlərə müasir yanaşma nümayiş etdirən sənətkar son filmində bədiliyin sərhədlərini aşdı. XVIII əsrin sonları, XIX əsrdə əvvəllərində öz sadist və pornoqrafik məzmunlu romanları ilə o dövr konservativ Avropasını şoka salan fransız yazıçısı Markiz de Sadın ifrat fantaziyaları italyan Pazolinin simasında öz bədii vizullığına qovuşdu. Pazolini İkinci Dünya Müharibəsinin sona çatmasına az qalmış bir qrup yüksək rütbəli faşistin kirayə tutduğu malikanədəki eyş-işrət məclisləri və girov saxladıqları yeniyetmələrə verdikləri ağlasığmaz işgəncələrin təsvirini maksimum reallıqla verib. Xüsusən işgəncə səhnələri müasir izləyici də belə şok təəsüratılar yara bilər. Yüksək zümrəni, dini, pulu və qanunları hədəf alan rejissor kütləvi itaət fonunda insan hakimiyyətinin ən qaranlıq məqamlarına işıq salır. Maraqlıdır ki, bu ekstrimal filminin premyerasını rejissora görmək qismət olmur. 1975-ci il noyabrın 2-də Pyer Paolo Pazolinin dəhşətli işgəncələrə məruz qalan cəsədi Roma yaxınlığındaaşkar olunur. "Salo yaxud Sodomun 120 günü" filmi İtaliya Senzura Komitəsinin qadağaları ilə üzləşir. Nəhayət uzun sürən məhkəmə proseslərindən sonra 1978-ci ildə Milan məhkəməsi Pazolinin son əsərini "sənət əsəri" adlandırır və filmin nümayioşinə qoyulan son qadağaalrı da ləığv edir. Filmin sujet xətti, rejissorun filmdən sonra müəmmalı ölümü və uzun sürən məhkəmə prosesləri "Salo yaxud Sodomun 120" günü filmini dünya kinosunun ən qalmaqallı nümaunələrindən biri edir.

5. "Kaliqula" (1979). Yaradıcılığının əsasını demək olar ki, bütünlüklə erotik filmlərin təşkil etdiyi italyan rejissor Tinto Brass 1979-cu ildə kino tarixinin ən qalmaqallı filmlərindən biri olan "Kaliqula"nı ictimaiyyətə təqdim edir. Eramızın 37-41-ci illərində Roma imperatoru olmuş Kaliqula barədə çəkilən bioqrafik film pornoqrafik və qanlı edam səhnələri ilə tamaşaçıları şoka salır. Tarixi mənbələrdə iddia olunan imperatorun bacısı Druzilla ilə qanunsuz sevgi münasibətləri, tez-tez sarayında düzənlədiyi seks orgiyaları, sədaqətinə şübhə etdiyi əyanları edam etməsi, öz atını senatda təntənəli sürətdə konsul elan etməsi və s. faktların filmdə bədii təsviri verilir. Maraqlıdır ki, filmin 17,5 milyon maliyyəsini bütünlüklə "Penthaus" porno jurnalının sahibi Robert Quççione ödəyir. "Kaliqula"nın çəkilişlərində tanınmış ingilis aktyorları 6 dəfə "Oskar" nominantı olmuş mərhum Piter O`Tulun, 2007-ci ildə "Kraliça" filmindəki ifasına görə "Oskar" sahibi olan Helen Mirrenin və 60-70-ci illərdə üsyankar gənc tipajını uğurla canlandıran Makolm Makdauelin çəkilməsi əlavə intriqaya səbəb oldu. Ekranlara çıxmasından 35 il keçməsinə baxmayaraq "Kaliqula" filmi bugün də bir çox ölkədə qadağa altındadır.

Maraqlı     Baxılıb: 3176   Tarix: 01 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

turlar.az

gozel gorunmek hamiləlik həkim məsləhəti üzə qulluq hicab geyimleri yuxuda balqabaq üzdəki ləkələr kosmetika tərəzi yemekler cinsi əlaqə gunay bürclər